Yüklənir..

Tünzalə Ağayeva

Tünzalə Ağayeva

Məşhur Azərbaycan müğənnisi və bəstəkarı olan Tünzalə Ağayeva 1976-cı ilin oktyabrın 21-də  Tovuz şəhərində anadan olub. 
 
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 16 may 2006-cı il tarixli Sərəncamı ilə "Əməkdar artist" fəxri adına layiq görülüb. 
 
2001-ci ildə Tünzalə Ağayeva gənc ifaçılar üçün tanınmış musiqi yarışması olan "Bakı Payızı” festivalının qalibi olub. Həmin vaxtdan estrada mahnılarının bəstəçisi və ifaçısı kimi professional yaradıcı fəaliyyətlə məşğuldur. Rusiya Federasiyasında keçirilmiş Türksoy - Türk Gənclərinin Beynəlxalq Musiqi Yaradıcılığı Festivalında qalıb gəlib.