Yeni il Gecəsi

KONSERT / Parti

Yüklənir..

Tədbir haqqında:

Yeni il Gecəsi

Mötəbər mərasimlərə ev sahibliyi edən Elite Events Hall Yeni il gecəsi üçün möhtəşəm proqram hazırlayıb. Respublikanın əməkdar artisti Tünzalə Ağayeva, “Papito Chocolata” mahnısının ifaçısı Seeya, “Qolos Ukraini” layihəsinin finalçısı Vaqif Nağıyev və hit mahnıları ilə tanınan Ceyhun Zeynalovun (Cin) iştirakı ilə baş tutacaq konsert proqramı Elite Events Hall-un əsrarəngiz səhnəsində baş tutacaq.

Gecənin qonaqları bayramı nəfis şam yeməyi süfrəsi arxasında keçirəcək. 2016-cı ilin son dəqiqələrinin yüksək əhval-ruhiyyə, sevilən mahnıların sədası, bol-bol təbəssümlə keçəcəyi zəmanət olunur. Dəyərli hədiyyələr, uduşlu lotereya, tanınmış aparıcılar Mirsalam Mirsalamov və Nurlana Cəfərovanın təqdimatında maraqlı müsabiqələr qonaqların bayramına bayram qatacaq. Yeni, 2017-ci ilin gəlişi isə açıq havada təntənəli atəşfəşanlıq proqramı və Qarabağ atlarının iştirakı ilə ilə qeyd olunacaq. Çılğın ritmlər və sevilən rəqslər isə səhərə qədər DJ Rullerin təqdimatında səslənəcək.

Biletlər və rezervasiya üçün əlaqə telefonu:
+994 50 242 01 65; +994 55 883 31 55, +994 77 600 00 60