Tünzalə Ağayeva ilə görüş / Ona daha yaxın

SEMİNAR / Media

Yüklənir..

Tədbir haqqında:

Tünzalə Ağayeva ilə görüş / Ona daha yaxın

YARAT Müasir İncəsənət Məkanı Sizi mayın 6-ı müğənni və bəstəkar, Azərbaycanın Əməkdar artisti Tünzalə Ağayeva ilə görüşə dəvət edir.

Tünzalə xanımın konsertində çoxdan iştirak etmək arzusunda olanların nəzərinə çatdırırıq ki, bu konsert deyil. Ondan daha maraqlı! Sizi səmimi söhbət, canlı musiqi və həqiqi emosiyalar gözləyir. Axşamın qəhrəmanı səhnə libası və obrazlarını kənarda qoyub, qarşınıza fərqli surətdə çıxacaq.

Tədbirin aparıcısı DJ Fatehdir

Giriş sərbəstdir

Xəritə