Yeni İnsan: Özünü dərk et özünüinkişaf layihəsi çərçivəsində, ABŞ-ın məşhur professor və müəlliməsi Barbara Oukli ilk dəfə Bakıda təlim keçirəcək. O, özünün məşhur Öyrənməyi necə öyrənməliyik kursunu təqdim edəcək. Siz bu təlimlə qarşınıza qoyduğunuz hədəfə necə yönəlməyi, yaddaşınızı inkişaf etdirərək yeni və çətin materialları asanlıqla yadda saxlamağı öyrənəcəksiniz.
Oakland Universitetində maşınqayırma üzrə professor, elmlər doktoru, mühəndis-konsultant, Amerika Tibbi və Bioloji Maşınqayırma İnstitutunun idarə heyətinin üzvüdür. Onun araşdırmaları inqilabi adlandırılıb, Amerikanın The New York Times və The Wall Street Journal kimi nəşrlərində dərc edilib. O, təlim sahəsində çoxsaylı mükafatlara layiq görülüb, onlarla kitab və elmi nəşrin müəllifidir (Learning how to learn, Mindshift - Break Through Obstacles to Learning and Discover Your Hidden Potential və Pathological Altruism). Barbara Oukli, dünyanın ən böyük onlayn-kurslarından biri olan Courserada müəllimədir və Riyaziyyatçı kimi düşün bestsellerinin müəllifidir.
Təlim sizin üçün nə baxımdan faydalı olacaq?
Siz diqqətinizi qarşıya qoyulan tapşırığa necə yönləndirməyi öyrənəcək, yeni və çətin materialı asanlıqla yadda saxlaya biləcək və yaddaşınızı möhkəmlədəcəksiniz. Siz işləri sonraya saxlamamaq üçün sadə vasitələri ilə tanış olacaqsınız. Doktor Oukli sübut edir ki, hər kəs öz düşüncə tərzini dəyişə və effektiv özünütəlim yollarına yiyələnə bilər. Bu təlim sizin tədris prosesinə münasibətinizi kökündən dəyişəcək.
Düşünürsünüzsə bu proqram siz üçündür, o zaman elə bu dəqiqə qeydiyyatdan keçə bilərsiniz.
Təlimdə iştirak ÖDƏNİŞSİZDİR
Seminar martın 7-də saat 18:00da, təlimlər isə martın 8-də və 9-da saat 11:00da keçiriləcək.