Rəngkarlıq muzeyi: Əmək, İstirahət və Xəyallar

Выставка / Арт

Загрузка ..

O Mероприятии:

Rəngkarlıq muzeyi: Əmək, İstirahət və Xəyallar

YARAT Müasir İncəsənət Məkanı Bakı şəhərində yerləşən, müasir incəsənət üzrə ixtisaslaşmış, qeyri-kommersiya və qeyri-hökumət təşkilatı ilk dəfə olaraq XX-XXI əsrlər Azərbaycan rəngkarlığı Muzeyində, Azərbaycanın aparıcı rəssamlarının Mikayıl Abdullayev, Rasim Babayev, Səttar Bəhlulzadə, Gennadi Brijatyuk, Nadir Əbdürrəhmanov, Kamal Əhməd, Ucal Haqverdiyev, İqor Juk, Cavad Mircavadov, Böyükağa Mirzəzadə, Əşrəf Murad, Toğrul Nərimanbəyov, Nadir Qasımov, Eldar Qurban, Maral Rəhmanzadə, Altay Sadıqzadə, Oqtay Sadıqzadə, Tahir Salahov, Xalidə Səfərova, Mahmud Tağıyev, Tağı Tağıyev, Fərhad Xəlilov və Qəyyur Yunusun əsərlərini təqdim edir.


Bu sərgidə Azərbaycanın sovet dövrünün təsviri incəsənətinin ən vacib mərhələsini müəyyən etmiş Azərbaycanın korifey rəssamlarının əsərləri nümayiş olunur. 1953-cü ildə İosif Stalinin ölümündən sonra, Sovet İttifaqını özünüifadə azadlığının yeni dalğası bürüdü və ilk olaraq bundan rəssamlar yararlandılar. Öz dövrlərinin birdən-birə iki mühüm sərgisinin (1956-cı ildə A.S. Puşkin adına Dövlət Təsviri İncəsənət Muzeyində Pablo Pikassonun əsərlərinin nümayişi və 1958-ci ildə sovet auditoriyasına ilk dəfə abstraksionist-ekspressionist rəssamların əsərlərinin təqdim edildiyi Amerika Milli Sərgisi) təsirindən vəcdə gələn və ilhamlanan Azərbaycan rəssamlarının yeni nəsli, rəssamlıq sənətində yeni istiqamət qurmağa başladılar. Sosialist realizminin doqmatik göstərişlərindən kənara çıxmaqla, onlar öz fərdi, büsbütün tanınan və müəyyən edilən üslublarını, işləyib hazırladılar. Bu üslub, açıq tonların tətbiqinə görə unikal olmaqla yanaşı, obyektlərin əks etdirilməsinə görə cəsarətliliyi, yaxmaların qətiyyəti, impasto gücü və folklor elementlərinin istifadəsi ilə fərqlənirdi.

Belə ki, Tahir Salahov kimi aparıcı rəssamlar, xətlər ifadəliyinin və təsvirin emosionallığının təsirini artırmaq üçün, realizm texnikasını gücləndirib və məşhur “Sərt üslubu” formalaşdırdıqları halda, digərləri büsbütün realizmdən imtina etdilər. Cavad Mircavadovun arxasınca gedərək, rəssamlar rənglərin cəsarətli uyğunluğunu və həm forma, həm də məzmununa görə son dərəcə laylı texnika tətbiq etməyə başladılar. Mövcud vəziyyətlə bağlı öz narazılıqlarını ifadə etmək istəyən bu rəssamlar, birlikdə Abşeron koloristlər məktəbini yaradaraq, tez-tez öz əsərlərinə şərq simvolları və xalq nağılları dilindən istifadə etməklə, zəruri, dünyəvi motivləri daxil edirdilər. Digərləri isə, Böyükağa Mirzəzadə və Maral Rəhmanzadə, yeni aşkarlıq və tərəqqi dövrünü əks etdirməklə, ölkə həyatında dəyişikliklərin realist ötürülməsi ilə bağlı texnikalarını daha da səlisləşdirdilər.

Bəs bu qədər fərqli üslublar və dünya görüşləri arasında necə istiqamətlənmək olar? Səttar Bəhlulzadə və Toğrul Nərimanbəyov kimi fərqli rəssamları nə birləşdirir? Bu ekspozisiyada,  “mülayim havası” dövrünün 1960-cı illərindən başlayaraq 1980-ci illərinin sonlarında baş verən yenidənqurmaya qədər davam edən müddətdə Azərbaycan rəssamlarını daha çox cəlb edən üç məşhur mövzu müşahidə olunur. “Əmək, istirahət və xəyallar” sərgisi, incəsənət vasitəsilə yenidən analiz edilmiş, yenidən mənalandırılmış və yenidən təsvir edilmiş sovet reallıqları ilə qurulmuş həyatı əks etdirir. Bu sərgi, XX əsrin Azərbaycan rəssamlığının “Qızıl dövrünün” ustad rəssamlarının yaradıcılığının müzakirəsi, təhlili və qiymətləndirilməsinə yeni nəzər nöqtəsini təqdim edir.  Bu, bir anlığa ustad rəssamların yaşadığı dünyaya səyahət etmək və onları cuşa gətirən düşüncələr və fantaziyaları görmək üçün dəvətdir.


Kurator: Suad Qarayeva-Maleki

Araşdırmaçı: Fərəh Ələkbərli


XX-XXI əsrlər Azərbaycan rəngkarlığı Muzeyi haqqında

Dövlət Bayrağı Meydanının ərazisində yerləşən muzey Heydər Əliyev Fondu tərəfindən təsis edilib. Muzeyin təntənəli açılışı 2015-ci ilin iyun ayında, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə baş tutub. Burada həm tanınmış, həm də nisbətən az tanınan rəssamların Milli Rəsm Qalereyası və Müasir İncəsənət Muzeyi kimi dövlət kolleksiyalarından götürülmüş əsərləri təqdim edilir. 2018-ci ilin əvvəlindən, YARAT Müasir İncəsənət Məkanına bu il ərzində müxtəlif kolleksiyalardan olan əsərlər ilə silsilə sərgilər keçirmək və tədbirlər proqramını təşkil etmək səlahiyyətləri verilib. 


YARAT haqqında

YARAT Müasir İncəsənət Məkanı qeyri-kommersiya təşkilatı Aida Mahmudova tərəfindən 2011-ci ildə təsis edilib, Azərbaycanın paytaxtı Bakıda yerləşir. YARAT ( “yaratmaq” mənasında) müasir incəsənət sahəsində fəaliyyət göstərir və Qafqaz, Mərkəzi Asiya, habelə ətraf regionlarda yaradıcılıq təcrübəsi, araşdırma, düşüncə və təhsil üzrə şəbəkənin yaradılması ilə bağlı öz üzərində uzunmüddətli öhdəlik götürüb.

YARAT Müasir İncəsənət Mərkəzi, ARTIM Layihə Məkanı, YAY Qalereyası, YARAT Emalatxanaları, geniş təhsil və ictimai layihələri YARAT Müasir İncəsənət Məkanı İctimai Birliyinin tərkib hissələridir. YARAT İncəsənət Mərkəzi 2015-ci ilin mart ayında açılıb və təşkilatın əsas sərgi məkanı sayılır. Üzü Xəzər dənizinə tərəf açılan və sovet dönəmində hərbi donanma qərargahı olmuş bu yeni 2000m² ərazisi olan mərkəz müasir incəsənətə və onun tədrisinə xidmət edən regional miqyaslı qovşaqdır. Sərgi proqramına regionumuzu təhlil edən rəssamların yeni əsərləri daxildir. Mərkəz tanınmış, beynəlxalq səviyyəli rəssamlarla əməkdaşlıq edərək onların sərgilərini nümayiş etdirir, regiondan olan rəssamları da dəstəkləyir və onlara əsərlərini nümayiş etdirməyə imkan yaradır.

2015-ci ilin oktyabrında, YARAT, Bakıda, qədim İçərişəhərdə, münasib və dinamik məkan olan ARTIM Layihə Məkanını təsis etdi.  ARTIM ( “tərəqqi” mənasında) – açıq müsabiqə vasitəsilə seçilən, Azərbaycanın perspektivli incəsənət peşəkarları və rezidentura proqramında iştirak edən beynəlxalq rəssamların eksperimental təcrübələri və yeni əsərlərini nümayiş etdirir. Hər il ARTIM Layihə Məkanında bir çox kiçik miqyaslı layihələr və“ARTIM LAB” proqramı keçirilir. Bu proqram, gənc rəssamların seminarlarda iştirak etməsinə, gündəlik emalatxana təcrübələrinə cəlb olunmasına, yeni ideyalar və əsərlər yaratmasına imkan verir.

Əsası 2016-cı ildə qoyulmuş YARAT Rezidentura Proqramı, müxtəlif sahələr üzrə açıq, tədqiqat əsaslı, təcrübəli Azərbaycan rəssamları və regionumuzu “kəşf” etməkdə maraqlı olan əcnəbi rəssamlar üçün nəzərdə tutulmuşdur. Bu proqram üç ay ərzində iştirakçılara öz əsərlərini hazırlamağa və çoxsaylı rəssamlar, kuratorlar və kolleksiyaçılar ilə dialoq aparmağa imkan yaradır. Rezidentura proqramı çərçivəsində, YARAT Emalatxanalarının məkanında il ərzində 6 beynəlxalq və 4 yerli rəssam iştirak edir. Proqramın sonunda hazırlanmış sənət əsərləri ARTIM Layihə Məkanında nümayiş olunur.

Yarandığı gündən təhsil layihələri YARAT-ın fəaliyyətlərinin əsas məqsədini təşkil edir. YARAT, müxtəlif kurslar, seminarlar, mühazirələr, film nümayişləri, festivallar, ədəbiyyat vəteatr klubları, habelə ailəvi həftə sonlarının daxil olduğu peşəkar ictimai proqramlar ilə, bütün yaş kateqoriyalarına aid geniş auditoriya ilə təmasda olmağa çalışır,  ictimai proqramlar, həmçinin icmaların qurulmasını və müasir incəsənətin təbliğini fəal şəkildə həyata keçirir.

***

Redaktorlar üçün qeyd:

Sərgi: Əmək, İstirahət və Xəyallar: 1960-1980-ci illər Azərbaycan ustadlarının gözləri ilə 

Məkan: XX-XXI əsrlər Azərbaycan rəngkarlığı Muzeyi, Dövlət Bayrağı Meydanı, Bayıl, AZ1003

Tarixlər: 26 may 2018 – 6 yanvar 2019

Sərginin iş rejimi: çərşənbə axşamı - bazar,  11:00 – 20:00.

Giriş sərbəstdir

***

Media və təsvirləri üçün əlaqə:  

Hökumə Kərimova

Telefon: +99 450 2746747 

E-poçt: [email protected] 

Xəritə