Yeni Fikir 2017 Fİnal

Конкурс / Проект - идея

Загрузка ..

O Mероприятии:

Yeni Fikir 2017 Fİnal

Tarix:       09 iyun 2017
Yer: Bakı Mühəndislik Universiteti, Akt zalı

 

FİNAL MƏRHƏLƏSİ - 10:00-12:40

 

Qeydiyyat:

09:30 - 10:00

Başlayır:

10:00

Giriş sözləri:

10:00 - 10:20

Layihələrin təqdimatı:

10:20 - 11:20

Fasilə:

11:20 - 11:50

Layihələrin təqdimatı:

11:50 - 12:40

 

MÜKAFATLANDIRMA MƏRASİMİ: 15:00-16:30

 

 

QAYDALAR VƏ DİQQƏT EDİLMƏSİ VACİB OLAN MƏQAMLAR

 

1.  Final proqramı 09 İyun 2017-cü il tarixində, saat 10.00-13.00-da keçiriləcək.

2.  Final proqramı Bakı Mühəndislik Universitetində keçiriləcək

3.  03 iyun 2017 -ci il tarixində (Şənbə günü ) Social Innovation Labın təsisçisi Cəsur Həsənovun təqdimatında (Bakı Mühəndislik Universiteti Texnoparkında) finalçılar üçün aşağıdakı təlimlər veriləcək:

        09:00- 12:00 - Biznes Model Generasiya
        13:00-16:00 - Pitch Deck qurulması və təqdimatı

4.  Hər bir layihənin təqdimatı üçün 10 dəqiqə vaxt ayrılır. Layihə müəllifləri 5 dəqiqə ərzində layihəni təqdim edir, qalan 5 dəqiqə ərzində isə Münsiflər Heyətinin suallarına cavab verirlər.

5.  Layihə müəllifləri – qrup olaraq - ən azı 30 dəqiqə əvvəlcədən təqdimat salonuna yaxınlaşmalıdırlar.

6. Layihənin biznes planı 05 iyun 2017-ci il tarixinə kimi [email protected] ünvanına göndərilməlidir. (Bütün finalçı layihələrin biznes planları 05 iyun 2017-ci il tarixində (saat 17:00-da) münsiflər heyətinə təqdim ediləcək. Münsiflərin biznes planla əvvəlcədən tanış olması qiymətləndirmə prosesi üçün zəruridir)

7.  Layihə müəllifləri təqdimata gələrkən, şəxsiyyət vəsiqəsini və onun bir nüsxə surətini gətirməldir.

8. Layihənin təqdimat forması (power-point formada) 08 iyun 2017 tarixinə kimi [email protected] ünvanına göndərilməlidir.Layihənin təqdimatı yerləşdirilmiş fayılın adı - layihənin qeydiyyatdan keçdiyi adla eyni olmalıdır. Məsələn, “Kvotter”

9. Hər bir layihə komandasında ən azı 2 nəfər olmalıdır. Təqdimat zamanı layihə komandasının ən azı 2 üzvünün (liderlə birlikdə) iştirakı zəruridir.

10. Layihə müəllifləri arasında Birgə fəaliyyət haqqında müqavilə olmalıdır. Müqavilədə ortaqlıq şərtləri aydın şəkildə ifadə olunmalıdır. Sənədlər imzalanaraq, 08 iyun 2017-ci il saat 12.00- a kimi YFM Təşkilat Komitəsinə təqdim olunmalıdır. (Müqavilə üçün nümunəni bizdən ala bilərsiniz)

11. Təqdimat nəticəsinə əsasən Sizin layihəniz aşağıdakı meyarlar əsasında qiymətləndiriləcək

 

  • Komandanın potensialı: Layihəni həyata keçirməyə iddialı olan komandanın bilik, bacarıq və layihənin istiqamətləri üzrə təcrübələri, eləcə də ortaqlıq yanaşmalarının pozitivliyi. Komanda üzvlərinin təcrübə müddəti, ixtisaslaşmış təcrübə, komandada iştirakçı sayı, qrupun bacarıq və təcrübələri, hər bir üzvün layihənin inkişafında rolu, layihə ilə əlaqəli hər cür əməkdaş çatışmazlıqları və bunların necə aradan qaldırılacağı. (Komanda üzvlərinin hamısının təqdimatda iştirak etməsi tövsiyə edilir.)  
  • Məhsul və ya xidmət: Məhsul və ya xidmətin səmərəliliyi, üstünlükləri, oxşarlarından və ya rəqiblərindən fərqi, onun hansı ehtiyacları necə təmin etməsi.
  • Bazar potensialı (market): Potensial bazar imkanları və onun genişliyi. Bazara daxil olmağa mane olan amillərin təhlili. İnhisar iddiaları (bazarı ələ keçirə bilmə iddiaları, plan və imkanları). Rəqabət gücü. Məhsul və xidmətin alıcıları, alma səbəbləri, hədəf bazarın xüsusiyyətləri, böyüklüyü və inkişaf potensialı, rəqibləri, qiymətləndirmə siyasəti və real biznesə yaxınlığı.
  • Biznes model: Startap-ın mövcud inkişaf vəziyyəti, nailiyyətləri və perspektivləri. İnkişaf üçün yol xəritəsi və ya strategiyası.

 

 

TÖVSİYƏLƏR:

 

Təqdimatların ingilis dilində olmasına məhdudiyət qoyulmasa da, Azərbaycan dilində olamsını tövsiyə edirik.
Təqdimat zamanı komanda üzvlərinin hamısının aktivliyi tövsiyə edilir,
Təqdimatı hazırlayarkən qiymətləndirmə meyarlarını nəzərə alınmağınızı tövsiyə edir, bununla belə, aşağıdakı sualara cavab verən məqamları vurğulamağınızı tövsiyə edirik.

  • Texnologiyanın tətbiqi ilə cəmiyyətin və ya müştərilərin hansı problemini həll etmək istəyirsiniz?
  • Sizin hazırladığınız ixtira və ya məhsul bazarda hansı xüsusiyyətləri (və ya üstünlükləri)  ilə fərqlənir və ya fərqlənəcək?
  • Mövcud texnologiyadan fərqli olaraq, Sizin təklif etdiyiniz üsul hansı formada daha üstün və ya təkmildir?
  • Sizin ixtira və ya məhsulunuz əvvəlkindən daha yaxşı, daha sürətli, daha səmərəli və ya daha lazımlı ola biləcəkmi?

Təqdimatın sonunda layihə müəllifləri YFM təşkilatçıalrından və münsiflərdən gözləntilərini qeyd edə bilər.

 

Xəritə