Tarix: | 09 iyun 2017 |
Yer: | Bakı Mühəndislik Universiteti, Akt zalı |
FİNAL MƏRHƏLƏSİ - 10:00-12:40
Qeydiyyat: |
09:30 - 10:00 |
Başlayır: |
10:00 |
Giriş sözləri: |
10:00 - 10:20 |
Layihələrin təqdimatı: |
10:20 - 11:20 |
Fasilə: |
11:20 - 11:50 |
Layihələrin təqdimatı: |
11:50 - 12:40 |
MÜKAFATLANDIRMA MƏRASİMİ: 15:00-16:30
QAYDALAR VƏ DİQQƏT EDİLMƏSİ VACİB OLAN MƏQAMLAR
1. Final proqramı 09 İyun 2017-cü il tarixində, saat 10.00-13.00-da keçiriləcək.
2. Final proqramı Bakı Mühəndislik Universitetində keçiriləcək
3. 03 iyun 2017 -ci il tarixində (Şənbə günü ) Social Innovation Labın təsisçisi Cəsur Həsənovun təqdimatında (Bakı Mühəndislik Universiteti Texnoparkında) finalçılar üçün aşağıdakı təlimlər veriləcək:
09:00- 12:00 - Biznes Model Generasiya
13:00-16:00 - Pitch Deck qurulması və təqdimatı
4. Hər bir layihənin təqdimatı üçün 10 dəqiqə vaxt ayrılır. Layihə müəllifləri 5 dəqiqə ərzində layihəni təqdim edir, qalan 5 dəqiqə ərzində isə Münsiflər Heyətinin suallarına cavab verirlər.
5. Layihə müəllifləri – qrup olaraq - ən azı 30 dəqiqə əvvəlcədən təqdimat salonuna yaxınlaşmalıdırlar.
6. Layihənin biznes planı 05 iyun 2017-ci il tarixinə kimi [email protected] ünvanına göndərilməlidir. (Bütün finalçı layihələrin biznes planları 05 iyun 2017-ci il tarixində (saat 17:00-da) münsiflər heyətinə təqdim ediləcək. Münsiflərin biznes planla əvvəlcədən tanış olması qiymətləndirmə prosesi üçün zəruridir)
7. Layihə müəllifləri təqdimata gələrkən, şəxsiyyət vəsiqəsini və onun bir nüsxə surətini gətirməldir.
8. Layihənin təqdimat forması (power-point formada) 08 iyun 2017 tarixinə kimi [email protected] ünvanına göndərilməlidir.Layihənin təqdimatı yerləşdirilmiş fayılın adı - layihənin qeydiyyatdan keçdiyi adla eyni olmalıdır. Məsələn, “Kvotter”
9. Hər bir layihə komandasında ən azı 2 nəfər olmalıdır. Təqdimat zamanı layihə komandasının ən azı 2 üzvünün (liderlə birlikdə) iştirakı zəruridir.
10. Layihə müəllifləri arasında Birgə fəaliyyət haqqında müqavilə olmalıdır. Müqavilədə ortaqlıq şərtləri aydın şəkildə ifadə olunmalıdır. Sənədlər imzalanaraq, 08 iyun 2017-ci il saat 12.00- a kimi YFM Təşkilat Komitəsinə təqdim olunmalıdır. (Müqavilə üçün nümunəni bizdən ala bilərsiniz)
11. Təqdimat nəticəsinə əsasən Sizin layihəniz aşağıdakı meyarlar əsasında qiymətləndiriləcək
TÖVSİYƏLƏR:
Təqdimatların ingilis dilində olmasına məhdudiyət qoyulmasa da, Azərbaycan dilində olamsını tövsiyə edirik.
Təqdimat zamanı komanda üzvlərinin hamısının aktivliyi tövsiyə edilir,
Təqdimatı hazırlayarkən qiymətləndirmə meyarlarını nəzərə alınmağınızı tövsiyə edir, bununla belə, aşağıdakı sualara cavab verən məqamları vurğulamağınızı tövsiyə edirik.
Təqdimatın sonunda layihə müəllifləri YFM təşkilatçıalrından və münsiflərdən gözləntilərini qeyd edə bilər.