Загрузка ..

O Mероприятии:

Youth Speak Forum

Youth Speak Forumu dünyanın bir-çox ölkəsində keçirilən beynəlxalq forumdur. Forum Birləşmiş Millətlər Təşkilatı tərəfindən yaradılan Dayanıqlı İnkişaf Məqsədləri əsasında yaradılmış və insanları DİM haqqında məlumatlandırmaq məqsədi daşıyan vasitələrdən biridir. Youth Speak Forumunun əsas məqsədi müxtəlif peşə sahəsindən olan liderləri və Azərbaycan gənclərini bir araya toplamaqla, onları DİM və bir sıra mövzularda müzakirə və fikir mübadiləsinə cəlb etməkdir.

Youth Speak Forumu 2 İyun 2017-ci il tarixində ADA Universitetində baş tutacaqdır. Forumda 3 mövzu müzakirə olunacaq: Sosial Sahibkarlıq, Layihə İdarətməsi, Məşğulluq və Təhsil (Karyeranın qurulması). Youth Speak Forumu azərbaycan və ingilis olmaqla iki dildə keçiriləcəkdir. Istəyinizə uyğun olaraq workshopları azərbaycan və ya ingilis dillərində seçə bilərsiniz.


Forumda iştirak etmək üçün formu doldurun: https://goo.gl/2SzBtF
Forumda iştirak etmək üçün son müraciət tarixi: 25 May 2017

Youth Speak Forumunun Gündəmi ilə buradan tanış ola bilərsiniz:
https://drive.google.com/drive/folders/0BybD7Nq8sBeva3dVUDJxcWpUeUk?usp=sharing

Forumda iştirak haqqı 15 AZN-dir.
____________________________

Xəritə

Tеги O Mероприятиях: