Film Nümayişi : The Day I Became a Woman

През. / фильм

Загрузка ..

O Mероприятии:

Film Nümayişi : The Day I Became a Woman


Partriarxal cəmiyyətlərdə qadın hüquqları və gender bərabərliyi kimi mürəkkəb məsələləri özündə əks etdirən müzakirələrin təşkilinin ən yaxşı yollarından biri mövzuya dair filmlərin nümayişi ola bilər. Education HUB təhsil platforması və “Equals” təşəbbüsü böyük məmnuniyyətlə Sizi Marzeih Meşkininin The Day I Became a Woman (“Qadın olduğum gün”) filminin nümayişi və geniş müzakirəsinə dəvət edir.

Fransız feminist, Simone de Beauvoir-un “İkinci cins” kitabında məhşur bir deyim var: “insan qadın doğulmur, qadın olur”. İran, Azərbaycan və eləcə də dünyanın digər ölkələrində onların həyatları “qadın olduqları” gün dəyişir. İranlı rejissor Meşkinini öz filmi ilə de Beauvoir-un dediklərinə poetik yanaşma edib. Film “qadınlığın” müxtəlif mərhələsində olan 3 qadının hekayəsindən bəhs edir – qadınlıq astanasında olan gənc qız, ərinin hiddətlərindən qaçmağa çalışan qadın və azadlıq şərtləri ilə razılaşdığına görə rədd edilən dolğun qadın. Bu hekayələr qəhrəman və ya cinayətkarları anlatmır, sadəcə İslam cəmiyyətində sosial hədlərdən məhdudlaşdırılmış azadlığa can atan qadınları təsvir edirlər.

Film 75 dəqiqədir və inglis dilində altyazı ilə təqdim ediləcək. İngilis və Azərbaycan dilli qonaqlara müzakirələrdə bərabər imkanlar təqdim edilir. Biz kişi və qadın qonaqları filmin nümayişi və daha sonra aparılacaq müzakirələrdə salamlamaqdan məmnun olarıq!!!

Filmin qısa xülasəsinə bu linkdən baxa bilərsiniz:
https://www.youtube.com/ watch?v=194rTpQhQF0

Equals qrup haqqında daha geniş məlumat : https://www.facebook.com/groups/ADAEquals/

Tarix /Vaxt: 24 Aprel 2017 / 19.00-21.00

Qeyd: iştirak tam ödənişsizdi.

Online Qeydiyyat Linki: http://bit.ly/2nvt2bQ

Ünvan: Caspian Plaza 3-cü korpus 4-cü mərtəbə
Tel: (012) 505 69 93
Mob: (055) 508 26 93
Email: [email protected]