Bakı şəhərinin mərkəzi küçələrinin regenerasiyası / təqdimat

TƏQDİMAT / Layihə

Yüklənir..

Tədbir haqqında:

Bakı şəhərinin mərkəzi küçələrinin regenerasiyası / təqdimat

DRA&U studiyasının Azərbaycan Memarlar İttifaqı ilə birgə əməkdaşlıq çərçivəsində işləyib hazırladığı Bakı şəhərinin mərkəzi küçələrinin regenerasiyası layihəsi, Bakı şəhərinin Azərbaycan prospekti, Mirzəağa Əliyev, Nabat Aşurbəyova və Nizami küçələri arasında yerləşən müəyyən zonasının mədəni irsinin tarixi və memarlıq baxımından bərpası üçün çox gözəl imkan verir.

Sözügedən layihə şəhərlərin inkişafına yönəlib və əraziyə hörmət prinsipinə söykənməklə yanaşı, özündə binaların mövcud strukturunun təmizlənməsini, nisbətən dəyərli binaların qorunub saxlanılması və bərpasına yardımı, sökülmə və yenidənqurma vasitəsilə şəhər ərazisinin bərpasını, binaların zəlzələyə davamlılığının artırılmasını, həmçinin, enerji təchizatının dayanıqlılığının qorunub saxlanılmasını cəmləşdirir.

Layihənin başlıca məqsədi, şəhərin tarix və mədəniyyətinə xələl yetirmədən, sözügedən ərazinin dirçəlişinə imkan yaratmaqdır. Şəhərin bərpası layihəsi çərçivəsində keçmiş və gələcək arasında balans təmin ediləcək ki, bu da öz növbəsində genişmiqyaslı layihələrə məhdudiyyətin qoyulması yolu ilə, torpaqların istifadəsinin ixtisara salacaq və bununla da, şəhərin planlaşdırmasını və mənzərəsini əhəmiyyətli dərəcədə dəyişəcəkdir.

Həyata keçirilən işlər arasında ərazinin iqtisadi və mədəni inkişafı üçün əlverişli, eyni zamanda, ictimai əlaqələrin inkişafı üçün lazım olan yeni ictimai binaların tikintisini nəzərdə tutur.

Bakı şəhərinin regenerasiyası layihəsi, Bakıda keçiriləcək Italian Design Day tədbiri çərçivəsində, memar, professor Elbəy Qasımzadə (Azərbaycan Memarlar İttifaqının sədri), memar Corco Pini (DRA&U studiyasının baş memarı), memar, professor Armando Rossi (Co.Re-nin prezidenti), mühəndis Françesko Skuazi (DRA&U studiyasının baş mühəndisi) tərəfindən təqdim ediləcək.

Təqdimat İtalyan dilində Azərbaycan dilinə sinxron tərcümə ilə keçiriləcək.

7 mart, 18:00

Xəritə

Tədbirə aid olan taqlar: