Buratino tamaşası

Tamaşa / Uşaq oyunları

Yüklənir..

Tədbir haqqında:

Buratino tamaşası

Fevralın 28-i YARAT səhnəsində Uşaq musiqi teatrı Buratino tamaşasını təqdim edəcək. Demək olar ki, 40 il əvvəl onun bədii rəhbəri professor Tərlan Seyidov tərəfindən yaradılan Uşaq Musiqi Teatrı öz ənənələrinə sadiq qalaraq, böyüyür və inkişaf edir.
Uşaq musiqi teatrının repertuarında keçən illər ərzində bir çox rəngarəng premyeralar toplanmışdır. Bu, həm məşhur Bremen musiqiçiləri, həm ciddi mini-opera adlandırıla biləcək İsgəndər və çoban, həm tarixi-musiqili bir səyahət olan Mən səni sevirəm, Xəzər!, həm də ən müasir musiqili revyu – Ulduzlar enəndə tamaşalarıdır. 

Bu dəfə teatr kollektivi klassikaya, Aleksey Tolstoyun ölməz və sevimli Buratinosuna və bəstəkar Aleksey Rıbnikovun gözəl musiqisinə müraciət etmişlər. Əvvəlki tamaşalardan fərqli olaraq, burada uşaqlar nəinki rəqs edir və oxuyur, həm də özlərini maskalar komediyası janrında sınayırlar. Tamaşada məktəb-studiyanın kiçik, orta və yuxarı siniflərindən 22 şagird iştirak edir. Tamaşa kifayət qədər ciddi musiqi materialını sərgiləyir. 

28 fevral, 19:00
Giriş sərbəstdir

Xəritə