Mədəniyyət və Turizm, Gənclər və İdman Nazirliklərinin dəstəyi ilə ölkədə ilk dəfə “Sağlam Azərbaycan Festivalı” keçiririk!
Bu festival üçün biz Azərbaycana ukraynalı aşpazı Konstantin Stolyarovu dəvət etmişik. O, dadlı vegeterian yeməkləri bişirib iştirakçılara təqdim edəcək.
Festival çərçivəsində böyüklər üçün VEGAN yeməklərin master-klassları ilə yanaşı ana və uşaq üçün özünü müdafiə dərsləri, “Happy starts”, gimnastika şousu və dərsləri, hər növ yoqa, mantra oxunulması, masaj, voleybol, şahmat yarışları, xına çəkmək üzrə master klass, kişilər üçün mini futbol 4×4, mini qolf, armrestling (qol güləşi) , kapoeyra (capoeira), Boçça paralimpiya yarışması, açıq kinoteatr, Street Art, Street boll və “Lektoriy” maarifləndirici mühazirələr təşkil olunacaq. Bu mühazirələr müxtəlif sahələrdə çalışan insanlara biliklərini artırmaq və opponentləri ilə müzakirə etmək imkanı yaradacaq.
Avqustun 25,26 və 27-si tarixlərində Ağ Şəhər Bulvarı ərazisində keçiriləcək “Sağlam Azərbaycan Festivalı”na giriş pulsuzdur. İştirakçılar təqdim olunan bütün xidmət və əyləncələrdən ödənişsiz istifadə edə biləcək. Bundan başqa festival ərazisində satışa çıxarılacaq bütün qida məhsulları da xüsusi endirimlə satılacaq!
GİRİŞ TAM ÖDƏNİŞSİZDİR!