YARAT Film Klub: Dənizim filmi

TƏQDİMAT / Film

Yüklənir..

Tədbir haqqında:

YARAT Film Klub: Dənizim filmi

Dənizim (Qazaxıstan, 2016)
Rejissor: Katerina Suvorova
Filmin müddəti: 88 dəq.

“Dənizim” filmi Aral dənizi sahillərində yaşayan sakinlərin – tək başına şoran torpaqlarda bağ-bostan yetişdirən qocaman Cukenin; şəhər portunun bio mühitinin tədqiqini davam edən gənc qadın hidrobioloqun; sahil boyu səpələnmiş gəmi qalıqlarını toplayan şən dəmiryığanlar briqadasının və dənizin 10 kilometr yaşadığı kənddən aralanan, nəslən balıqçı olan gənc oğlanın hekayələrindən qurulub. 
Dəniz gedib, insanlar isə qalıblar... Bu film insanların özlərinə və gələcək nəsillərə yeni həyatın qurulması haqqındadır, postapokaliptik dünyaya aparan kinosəyahətdir.

Filmin beynəlxalq premyerası 6 avqust 2016-cı il tarixində Lokarno Film Festivalında (İsveçrə) baş tutub.

Film qazax və rus dillərində (ingilis dili subtitrləri ilə) nümayiş olunacaq.

8 avqust, saat 19:00
YARAT Müasir İncəsənət Mərkəzi
Giriş sərbəstdir