Yay düşərgəsi: Müasir incəsənət musiqi prizmasından

KONSERT / Digər

Yüklənir..

Tədbir haqqında:

Yay düşərgəsi: Müasir incəsənət musiqi prizmasından

7-11 avqust tarixlərində YARAT gənc musiqiçiləri yay düşərgəsi layihəsi çərçivəsində keçiriləcək proqramda iştiraka dəvət edir. Proqram gənc və istedadlı dirijor, Bakı Musiqi Akademiyasının məzunu və çoxsaylı beynəlxalq müsabiqələr laureatı – Fərhad Qarayusiflinin rəhbərliyi ilə baş tutacaq. 

Müasir incəsənəti musiqi prizmasından nəzərdən keçirməsi proqramın əsas məqsədidir. Bir həftəlik düşərgə müddətində iştirakçılar YARAT mərkəzində nümayiş olunan Qazaxıstan üzərində günəş və neonlar sərgisinin əsərlərini araşdıraraq musiqi proqramı hazırlayacaqlar. 

Proqramın adı Qazaxıstan – ucsuz-bucaqsız çöllər və meqapolislər diyarı: bədii təsvir, üslub və cərəyanlarda müasirlik, keçmiş və gələcək.

Proqramın sonunda YARAT mərkəzinin səhnəsində yekun konsert baş tutacaq. 

Düşərgə haqqında:
- Bazar ertəsi – cümə, saat 17:00 – 20:00
- İştirakçılar su və şirniyyatlarla təmin olunacaq
- Yekun konsert – 12 avqust, saat 17:00 

İştirak qaydaları:
- İştirakçılar 8-21 yaş arasında olmalıdırlar
- İştirakçıların hər hansı musiqi alətini ifa etməkdə ən azı 2 illik təcrübəsi olmalıdır
- Düşərgə iştirakçılarının yekun siyahısı öncədən baş tutacaq seçimlərdən sonra təsdiqlənəcək

Seçim mərhələsində iştirak etmək üçün adınızı, soyadınızı, ifa etdiyiniz alətin adını Yay düşərgəsi qeydi ilə [email protected] ünvanına 31 iyul tarixinədək göndərin.