YARAT Müzakirələri: Faiq Ağayev / İnkar. Etiraz. İnkişaf

SEMİNAR / Media

Yüklənir..

Tədbir haqqında:

YARAT Müzakirələri: Faiq Ağayev / İnkar. Etiraz. İnkişaf

Əziz dostlar!
Sizi iyunun 29-u Azərbaycanın Xalq artisti, müğənni Faiq Ağayev ilə görüşə dəvət edirik.
Tədbirin İnkar. Etiraz. İnkişaf adlı mövzusu qonaq tərəfindən müəyyənləşdirilib.

Pərəstişkarlar arasında Cənab Qızıl Şlyager adını qazanan Faiq Ağayev yaradıcılıq fəaliyyəti ərzində 140-dan artıq solo konsert verib. 2007-ci il 9-13 yanvar tarixlərində Heydər Əliyev Sarayında 5 günlük solo konsert keçirməklə müğənni Azərbaycan musiqi tarixində rekord müddət müəyyən etmiş olur. O, 2013-cü və 2015-ci illərdə Beynəlxalq Eurovision mahnı müsabiqəsinin Azərbaycan milli münsiflər heyətinin üzvü olub.

29 iyun, saat 19.00
YARAT Müasir İncəsənət Mərkəzi
Giriş sərbəstdir

Xəritə