EU-Azerbaijan Business Forum

KONFRANS / Biznes

Yüklənir..

Tədbir haqqında:

EU-Azerbaijan Business Forum


Alman Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) Avropa İttifaqının dəstəyi ilə 8 İyun 2017-ci il tarixində, JW Marriott Abşeron Bakı Hotelində Aİ-Azərbaycan Biznes Forumunu təşkil edir. Biznes Forumun keçirilməsində əsas məqsəd Aİ və Azərbaycan şirkətləri üçün işgüzar platforma yaratmaq, onların ölkədəki cari biznes mühiti haqqında müzakirələr aparmasına və işgüzar münasibətlər qurmasına yardımçı olmaqdır.

Bir günlük tədbirə hökumət rəsmiləri, müvafiq dövlət qurumlarının mütəxəssisləri və beynəlxalq şirkət nümayəndələrinin qatılacağı panel müzakirələri / seminarlar, o cümlədən ikitərəfli görüşlər daxildir.

Tədbirdə iştirak ödənişsizdir. Səyahət və yaşayış xərcləri isə iştirakçılar tərəfindən qarşılanır. Tədbir İngilis dilində keçiriləcək və Azərbaycan dilinə tərcümə olunacaq.

İştirak yalnız əvvəlcədən qeydiyyatdan keçməklə mümkündür. Qeydiyyat üçün son tarix 1 iyun 2017-ci il, saat 18:00-dır. Aİ-Azərbaycan Biznes Forumuna qeydiyyatdan keçmək üçün aşağıdakı linkə daxil olmağınız xahiş olunur:

Aİ şirkətləri/təşkilatları (Aİ və ya Azərbaycanda yerləşən) üçün qeydiyyat: https://docs.google.com/forms/d/e/1FAIpQLSc_Ya6ZJBBweBnj3zcOaLy5QnssiqV08OUYjUuFiYodN30z9g/viewform?c=0&w=1

Azərbaycan şirkətləri/təşkilatları üçün qeydiyyat:
https://docs.google.com/forms/d/e/1FAIpQLSetB2DJHNBpZoc5nJDQzYlEBhkl3sNXs6eqAvNMxDC70ENQrw/viewform

Ətraflı məlumat növbəti günlərdə paylaşılacaq.

Xəritə