Ədəbiyyat Gecəsi: Leyli Salayeva və Elza Furtado / Yeddi

SEMİNAR / İncəsənət

Yüklənir..

Tədbir haqqında:

Ədəbiyyat Gecəsi: Leyli Salayeva və Elza Furtado / Yeddi

Aprelin 13-ü sizi şairə Leyli Salayevanın və ADO teatrının aktrisası Elza Furtadonun birgə hazırladığı “Yeddi” adlı poetik performansı izləməyə dəvət edirik. Quruluşda London Kitab Festivalının Fəxri mükafatına layiq görülmüş «Youtopia» poetik toplusunun 7 əsərindən istifadə olunub. Tamaşadan sonra sizi maraqlı müzakirə gözləyir.

Leyli Salayeva əsasən ingilis dilində yazan Azərbaycan şairəsidir. Azərbaycan Yazıçılar Birliyinin və Birləşmiş Krallığın “Şeir dərnəyi”nin üzvüdür. İlk şeir kitabı Twelve Thirteen (On iki on üç) 2014-cü ildə işıq üzü görmüşdür. İki il sonra «Youtopia» adlı kitabı çap olunub və London Kitab Festivalının Fəxri mükafatına layiq görülüb. Həmçinin o, uşaqlar üçün yazdığı Dilbərin qaşıq səyahəti nağıllar kitabının müəllifidir. Dilbərin qaşıq səyahəti kitabı MDB ölkələrinin XIII “Kitab sənəti” Beynəlxalq Festivalının 2-ci mükafatını qazanıb. Leyli Salayevanın şeirləri Avropa Azərbaycan Cəmiyyətinin (AAC) jurnalı, Culture & Creativity EU-European Partnership Program və Böyük Britaniya Kitabxanasının saytlarında, Avropa və Amerika onlayn nəşrlərində dərc olunub. Şeirlərində inancları ifadə edir və onları emosional təcrübə mübadiləsi üçün istifadə edir. Leylinin yaradıcılığının ilham mənbəyi - musiqi və insanlardır.

Elza Furtado Fransanın cənubunda, Bordo şəhərində anadan olub. O, Moskva və Paris şəhərlərində aktyorluq sənəti və ədəbiyyat tərcüməçiliyi peşələrini öyrənib. Həmçinin Parisdə yerləşən Sorbonna Universitetinin Slavyan dilləri və Mədəniyyəti şöbəsində kitab nəşri işi üzrə təhsil alıb. Fransa və Rusiyada mədəniyyət mübadiləsi sahəsində çalışıb. Bir ara Parisdə fəaliyyət göstərən teatr kollektivlərində aktisa kimi işləyib, həmçinin Rusiya teatr truppaları ilə birgə həyata keçirilmiş bir çox layihələrin müəllifidir. Bakı şəhərində 3 ildən artıq yaşayır. Azərbaycanda Fransa İnstitutu və Fransa səfirliyinin mədəniyyət layihələri və ictimaiyyətlə əlaqələr sahələrində çalışıb. Həmçinin o, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin hər il keçirdiyi “Avropa Şəhərciyi” festival tədbirlərinin təşkilatçısı olub. 2015-ci ildən ADO Teatrının üzvüdür.

Giriş sərbəstdir

Xəritə