Xan yaylağı | Novruz çadırı 2017

Tur / Əyləncə

Yüklənir..

Tədbir haqqında:

Xan yaylağı | Novruz çadırı 2017

Xan yaylağı | Novruz çadırı 2017 – milli motivlərdən ilhamlanaraq möhtəşəm Qafqaz dağlarının 2100 m yüksəkliyində Novruz tonqalı ətrafında keçiriləcək ekstremal düşərgədir.
Düşərgə Marxal Resort & Spa mərkəzinin dəstəyilə keçiriləcək.

22-25 Mart; 3 gecə, 4 günlük düşərgəmizdə fəaliyyətlər:

1) Canlı musiqi ifası
2) Dj & Line-up & Diskoteka
3) Extreme Foto və Video çəkiliş
4) Köpük Flashmobu
5) Badminton
6) Frisbee
7) Birgə rəqslər(Yallı, Tunak və s.)
8) Kəndirbaz Şou
9) Kəndir dartma oyunu
10) Boking
11) Özəl İsti Şərab
12) Ənənəvi Yumurta Döyüşü
13) Açıq Hava Film nümayişi
14) Hiking
15) Azərbaycanın ən böyük Masaüstü Oyunlar klubu bizim Novruz çadırında (15ə yaxın oyunlar: Monopoly, Risk və s.)

Fəaliyyətlərin bir qismi üçün kiçik ödənişlər tələb oluna bilər. Fəaliyyətlər sırasına yeniləri əlavə olunacaq. Gözdə-qulaqda olun :)

Qeyd edək ki, Azərbaycanda ilk dəfə olaraq bizim düşərgə eyni zamanda paralel olaraq davam edəcək bir neçə proqramdan ibarət olacaq və siz seçiminizi özünüz edərək istədiyiniz zaman istədiyiniz fəaliyyətə qoşula biləcəksiniz.

22-25 Mart aralığında giriş və çıxış vaxtları sərbəstdir, lakin planınız qeyd olunan zamanlardan fərqlidirsə, mütləq təşkilatçıları məlumatlandırın.

Düşərgə Ərazisi:

Düşərgə Qafqaz sıra dağlarının cənub yamacında yerləşən ən yüksək (dəniz səviyyəsindən 2 km yüksəklikdə) yaylağında (“Xan yaylağı”) keçiriləcək.
İştirakçılar toplanma yeri olan Marxal Resort & Spa-dan birbaşa olaraq “off-road” avtomobillərlə yaylağa qalxacaqlar.

Qidalanma:

Qidalanma ödənişli Açıq Bufet formatında olacaq. Menyuya hər zövqə uyğun təamlar: “Fast food”, xüsusi milli mətbəximizin xörəkləri, yayla otlarından hazırlanmış Şəki mətbəxinin ləziz təamları - daxil olacaq.

Gecələmək:
Düşərgədə gecələmək üçün lazım olan ləvazimatlar: çadır, tulum və mat.
Sadalanan ləvazimatlardan hər-hansı biri və ya hamısı olmadığı halda bizə müraciət edərək kiraləyə bilərsiniz.
1 gecə üçün tam paket – 10 AZN (çadır, tulum, mat)

Əgər ləvazimatları ayrılıqda kirayələmək istəsəniz, 1 gecəlik 1 nəfər üçün ödənişlər aşağıdakı kimi olacaq:
- Çadır: 4 Azn
- Yuxu tulumu: 4 Azn
- Mat: 2 Azn

P.S. Düşərgə müddətində Qidalanma və Gecələmə üçün yalnız bizim xidmətlərdən istifadə edənlərə son gecə Gecələmə və son gün Yemək ÖDƏNİŞSİZ olacaq.

Xərclər:

Düşərgədə 3 günlük iştirak haqqı;
- 10 Azn (12 Marta qədər qeydiyyat zamanı)
- 15 Azn (12-22 Mart arası qeydiyyat zamanı)

Marxal-Xan Yaylağı arası “OFFROAD” səyahət;
- 3 Azn (qalxış)
- 3 Azn (eniş)

Bu yolu hiking edərək də qalxmaq/enmək mümkündür, lakin 7 kmlik ağır marşrut olduğundan OFFROAD Səyahət təcrübəsini yoxlamanız məsləhətdir.

Əlaqə:
(051) 570 32 34(zeng)
(055) 570 32 34(Zeng ve ya whatsapp)
(055) 610 15 04 - (Zeng ve ya whatsapp)