AISEL / Live performance

KONSERT / Caz

Yüklənir..

Tədbir haqqında:

AISEL / Live performance

NƏFİS OBYEKTLƏR (Gentle Objects)
AISEL / Canlı ifa

Nəfis obyektlər - gender problemləri ilə bağlı dialoqa dəvət edən performanslar silsiləsidir. Bu layihə, qadının müasir cəmiyyətdə roluna ünvanlanır. Bu kurator layihəsi, kişilər və qadınlar arasında münasibətləri formalaşdıran əzəli və çağdaş vəziyyətləri araşdırır. Sözügedən layihə gender münasibətləri haqqında fundamental sualları qaldırır, insan təbiəti haqqında fəlsəfi ehtimalları təhlil edir və daha geniş bərabərliyi və qarşılıqlı anlaşmanı bir araya gətirən yeni sosial təcrübələrin mümkünlüyünü nəzərdən keçirir.
Gender bərabərliyi məsələsi bir sıra qadın ifaçılar tərəfindən qabardılır və dəstəklənir.

Layihənin ilk qonağı Azərbaycanlı pianoçu, bəstəkar və vokalist AISEL-dir. AISEL Caspian Jazz & Blues Festival , Bakı Beynəlxalq Caz Festivalı , MuzEnergo Musiqi İmprovizasiya Festivalı , Montreux Caz Festivalı (Emil İbrahimin qrupu ilə birgə), Qafqaz Caz Festivalı kimi bir sıra musiqi festivallarının iştirakçısıdır.

AISEL, səhnədə gənc musiqiçilər ilə birgə bir sıra yeni müəllifi olduğu və klassik Azərbaycan bəstəkarlarının improvizasiya olunmuş əsərləri ilə çıxış edəcək.

Piano, vokal – AISEL
Bas – Niyaz İbrahimov
Zərb – Ramiz Sevdimelıyev
Skripka – Elçin Bayramov
Violonçel – Orxan Cumayev
Truba – Firudin Həmidov
Bitmeyker – Elçin Kərimli
Klaviş – Afşin Əlizadə
Video - Emin Mathers

Tarix: 24 Noyabr 2016
Saat: 19:00
Məkan: YARAT Müasir İncəsənət Mərkəzi (Dövlət Bayrağı Meydanının yaxınlığı, Bayıl, AZ1003)
Giriş sərbəstdir.

Xəritə