Mustanq

TƏQDİMAT / Film

Yüklənir..

Tədbir haqqında:

Mustanq

Mustanq (Fransa, Türkiyə, Almaniya, 2015, 97 dəq.)
Rejissor Deniz Gamze Ergüven

YARAT Film Klub müxtəlif janrlarda olan filmləri nümayiş etdirməyə davam edir. Bu dəfə isə, noyabr ayının 15-i sizi, Fransa və Türkiyə rejissoru Deniz Gamze Ergüvenin “Mustanq” adlı bədii filminə baxmağa dəvət edirik.

Bu filmi, adətən Sofiya Koppolanın debüt filmi olan İntiharçı bakirələr (The Virgin Suicides) ilə müqayisə edirlər. Hadisələr Türkiyənin cənub-şərqində, kənd yerində cərəyan edir. Filmin qəhrəmanları, valideynlərini itirmiş, doğma nənə və əmisinin himayəsində olan Lale, Nur, Ece, Selma və Sonay adlı bacılardır. Mühafizəkar qohumlar, qızların namusunu qorumağı və onları uğurla ərə vermək üçün əllərindən gələni edirlər. Hekayənin dönüş nöqtəsi, çimərlikdə uşaq dəcəllikləri ilə başlayaraq, sonradan ailənin şərəf məsələsinin silkələnməsi və ardıcıl məcburi nikahların baş verməsi ilə müşayiət olunur. Film həm Türkiyə, həm də Azərbaycanda aktual olan qadın (qız) seksuallığının boğulması mövzusuna toxunur.

*Nümayiş ADA Universitetində fəaliyyət göstərən yerli gender bərabərliyi kampaniyası - Equals-ın dəstəyi ilə təşkil olunub. Tədbirin sonunda yerli ekspertlər BDU-nun Gender və tətbiqi psixologiya kafedrasının müəlliməsi Zümrüd Cəlilova və gender məsələləri üzrə mütəxəssis Günel Mehdiyevanın iştirakı ilə kiçik müzakirə baş tutacaq.

Film türk dilində (ingilis alt yazıları ilə) nümayiş olunacaq.

Tarix: 15 noyabr, 2016
Saat: 19:00
Məkan: YARAT Müasir İncəsənət Mərkəzi
Giriş sərbəstdir.

Xəritə