Истиглалият, Баку
Yaşıl Teatr Bakı Konsert KompleksiYaşıl Teatr Bakı Konsert Kompleksi 1960-ci illərin ortalarında Yaşıl Teatr adı altında Bakı şəhərin mayoru Əliş Ləmbəranski tərəfindən tikilmişdir.Yaşıl Teatr regionda açıq səma altında tikilimiş ilk incəsənət məkanıdır.Teatr 2500 nəfər üçün nəzərdə tutulmuşdur. Yaşıl tearın səhnəsində Azərbaycanın görkəmli mədəniyyət xadimləri ilə yanaşı xarici ölkələrin də mədəniyyət xadimləri çıxış etmişlər. Bir çox kinolarımızın yaddaqalan epizodları da bu sənət məbədi ilə bağlıdır. Qaynana, Uşaqlığın son gecəsi,Əhməd haradadır? və sair kinofilmlərin bəzi epizodları məhz burada lentə alınmışdır.Müstəqilliyimizin ilk illərində bir sıra mədəniyyət ocaqları kimi Yaşıl teatr da baxımsızlıq üzündən dağılmış və 1993-cü ildə teatrın fəaliyyəti dayandırılmışdır.2005-ci ilin avqustunda ölkə prezidenti İlham Əliyevin göstərişi ilə teatrda təmir - bərpa işlərinə başlanmış və 2007-ci ildən teatr yenidən fəaliyyətə başlamışdır.Yaşıl Teatr həmin il, həmçinin, Yaşıl Teatr Bakı Konsert Kompleksi adını almışdır.