Travelers Mind: Rio Edition

Конкурс / Другой

Загрузка ..

O Mероприятии:

Travelers Mind: Rio Edition

“Yenə Traveler’s Mind olardı. Yenə yığışaraq biz, oynamağa gedərdik! Hədiyyəsi də Rio de Janerio-ya bilet olardı!” deyə xəyal qurursunuzsa, o zaman ekrana çox yaxın əyləşin! Azərbaycanın ən səs-küylü, emosiyaları yüksəldən, ürək döyüntülərini artıran və ən gözlənilən intellektual oyunu geri dönür!
Səyahəti sevməyən, coğrafiya kitablarının üzünə baxmayan, Manchester United oyunlarına TV-də deyil “Old Trafford”da izləməyin, pizzanı Bakıda deyil, Napolidə yeməyin, matador yarışlarını Las Ventasda yaşamağın xəyalını qurmayanlar, “Into the wild”, “7 years in Tibet” kimi filmlərə baxmayanlar, Jül Vernin 1-cə kitabını da olsa oxumayanlar – BU OYUN sizin üçün deyil.
“UniMiles”ın Platinium Sponsorluğu, “Vizam.az”-ın Təşkilatçılığı ilə keçiriləcək “Traveler’s Mind: Rio Edition” xəyallarınızı gerçəkləşdirməyə şans yaradacaq. Bu dəfə sizinlə virtual olaraq Peruda İnka mədəniyyəti ilə tanış olub, Argentinanın İquazu şəlaləsində raftinq edəcəyik. Tanzaniyada gün batımını, Yeni Zelandiyada gün doğumunu izləyəcəyik. Praqanın tarixi küçələrində gəzib, Braziliya karnavalında rəqs edib, Everesti birlikdə fəth edib, Mərakeşdə qızınıb, Antarktidada donub, İndoneziyanın sakitliyində ruhumuzu dinləndirəcəyik.
Qalib komanda isə tam heyətlə (4 bilet) Rio de Janerio-ya gediş-gəliş biletini hədiyyə qazanacaqdır!
Oyunun qaydaları:
- Yuxarıda qeyd edildiyi kimi mövzular səyahət, ölkələr, ümumi coğrafiya, səyahətlə bağlı kinolar, kitablar ilə əlaqəli olacaq.
- Oyun 4 mərhələdən ibarət olacaq.
- Oyunda hər biri 4 nəfərdən ibarət olan 50 komanda iştirak edəcək; Nəticələrə əsasən II turda 30, III turda 10, IV Final turunda 4 ən çox xal toplayan komandalar mübarizə aparacaq.
- Ötən il keçirilən oyunda 1, 2 və 3-cü yer sahibləri tam eyni heyət ilə iştirak edə bilməz (maksimum 2 eyni üzvlə oyuna qoşula bilərlər).
- Komandalar bu link vasitəsi ilə https://bit.ly/2CHqnVs qeydiyyatdan keçməlidir. Qeydiyyatın növbəti mərhələləri haqqında email vasitəsilə məlumat veriləcəkdir;
- Qeydiyyat yalnız təsdiq emaili aldıqdan sonra təsdiqlənmiş hesab olunur;
- Qeydiyyat üçün ödəniş hər komanda üçün 36 AZN (hər iştirakçı üçün 9 AZN) təşkil edir;
- Komandalar “First Come, First Served” prinsipi ilə seçiləcək. Yerlər limitlidir. 50 Komanda! Tələsin!
- Əgər ilkin seçilən komandalardan yarış üçün imtina edən olarsa, o zaman “gözləmə siyahısında” olan komandalara iştirak hüququ veriləcəkdir.
- Qeydiyyat üçün son müraciət tarixi 15 May 2019-cu il, 23:00-dur. Əgər komanda sayı bu tarixdən öncə tamamlanarsa, qeydiyyat bitmiş elan ediləcək.
- Qeydiyyat formunu düzgün cavablandırmayan komanda iştirakçı kimi seçilməyəcəkdir.
- Tədbirin Maliyyə Sponsoru olan şirkətlərin işçiləri tədbirdə iştirakçı qismində iştirak edə bilməzlər. Bu hal bilə-bilə gizlədilirsə, həmin komanda oyundan kənarlaşdırılacaq və qalib olduqları halda belə mükafatla təmin olunmayacaqlar.

Qeyd: Bu qeydiyyatla komandalar qeydiyyat zamanı təqdim etdikləri informasiyaların tədbirin Təşkilatçı Şirkəti və onun partnyorları tərəfindən istifadəsinə icazə verdiklərini təsdiqləyirlər.

Xəritə