FOR ENGLISH TRANSLATION SCROLL DOWN
QALACIQ
Qalacıq kəndi dəniz səviyyəsindən 1200 m yüksəkdə, Göyçay çayının qollarından birinin vadisində, düzən yerdə yerləşir. Ətrafı sərt yamaclı, meşəli dağlarla əhatələnmişdir. Yaylaqlara gedən yollar çayqırağı geniş düzən yerlərdən keçərək bir müddət sonra cığırlara çevrilir.
TURUN PLANI
07.30 Yola düşürük.
11.00 Qalacıq kəndinə çatırıq.
+ Yerli maşınlarla kəndin çıxışına gedirik.
11.30 Yürüşə başlayırıq
13.00 Nahar fasiləsi.
14.00 Yaylaq boyunca yürüşə davam edirik.
15.00 Maşanlı yaylağına gedirik
+ Geri dönürük
18.30 Kənddə. Bakıya yola düşürük.
22.00 Bakıda.
QİDA
Özünüzlə birgünlük yemək götürün. Quru meyvələr, çərəzlər, meyvə, tərəvəz. konserv və s.
GEYİM və LƏVAZİMAT
Olması şərtdir :
Su keçirməyən yürüş ayaqqabısı
Su keçirməyən gödəkçə
Papaq
Əlcək
Bel çantası
Olması məsləhətdir :
Yürüş çubuqları
Çərəz, meyvə qurusu və s.
Gün eynəyi
Tozluq
NƏQLİYYAT
Mercedes Sprinter (20 yerlik)
Kəndiçi nəqliyyat - sovet/rus maşınları
GÖRÜŞ YERİ və VAXTI
Elmlər Akademiyası metrosu, 7:20
(Bakı Dövlət Universitetinin qarşısı)