“Daş yığınına kimsə tikiləcək kilsə gözü ilə baxanda, o, adi daş kimi görünmür.”- Antuan de Sent-Ekzüperi.
Və məhs WoWoman, Dream və Grow üzvlərimizi “İDEYA yaradılması” tədbirinə dəvət edir.
Müzakirə olunacaq mövzular :
- Hər hansı peşəkar və ya fərdi məqsədlər üçün yeni ideyaların yaradılması
- İsti ilən zaman faydalı ideyaların yaradılmasına hazır olmaq üçün düşünən ə şün on işlln saxlanılması
- Müxtəlif çağırışlara yeni həll yollarının tapılması üçün digərləri ilə innovativ şəkildə əməkdaşlığın qurulması, fikir mübadiləsinin aparılması və bu prosesin düzgün idarə olunması
Bu dəfəki mühazirəçimiz Aybəniz İsmayılovadır. Aybəniz İsmayılova, xüsusilə qadın və gənclər kimi həssas qruplar olmaqla, idarəçilərə və şirkətlərə ən yüksək səviyyədə fəaliyyət göstərmək üçün peşəkar koçluq edir. O, nüfuzlu Adler Koçluq Məktəbini Beynəlxalq Koçluq Federasiyasının sertifikatı ilə bitirərək insan davranışlarının dərinliyi və təşkilatların mürəkkəb gizli metodikası ilə işləyir.
Böyük Britaniyanın Mançester Universitetini bitirən Aybəniz xanım beynəlxalq inkişaf sahəsində 15 illik təcrübəyə malikdir. Bu fəaliyyəti, ilk növbədə vətəndaş cəmiyyətin qurulması, cəmiyyətin dayanıqlığının təmin olunması, insan alveri ilə mübarizə, zorakı ekstremizmin qarşısının alınması, medianın inkişafı, qadınların hüquq və səlahiyyətlərinin gücləndirilməsi və gender əsaslı zorakılıqla mübarizəni daxil edir.
O, həm fərdi, həm də peşəkar həyatda mükəmməlik tərəfdarı olaraq həvəslə öz bilik və təcrübəsi ilə davamlı bölüşür. Hazırda Aybəniz xanım Avropanın ən aparıcı biznes məktəblərindən olan INSEAD-ın İxtisasartırma Proqramında səhiyyə idarəçiliyində innovativ biznes modellərinin tətbiqi üzrə təhsilini davam etdirir.