City University London Təqdimat

През. / Mесто

Загрузка ..

O Mероприятии:

City University London Təqdimat

Böyük Britaniyanın, eləcə də dünyanın top universitetlərindən biri sayılan City University Londonun nümayəndəsi Leng Wendelkin tələbə və valideynlərin görüşünə gələcək.

City University Londonu seçməyə 3 əsas səbəb:
1) Universitetin CASS Business məktəbi Dünyanın ən yaxşı biznes ixtisası təklif edən fakültəsi kimi tanınır. Universitetin maliyyə və mühasibatlıq ixtisası dünyanın 100 ən yaxşı ixtisası arasındadır.
2) Tələbələrdən yarısından çoxu Böyük Britaniya xaricindən gələn tələbələrdir. Bununla da, siz beynəlxalq tələbə mühitində dərs keçəcəksiniz və müxtəlif mədəniyyətlərlə və fikirlərlə tanış olacaqsınız.
3) Məzunlar içində bir çox tanınmış siyasətçi və biznesmenlər vardır: Mahatma Gandhi (Hindistanda müstəqillik hərəkatının başçısı), Margaret Thatcher və Tony Blair (keçmiş Birləşmiş Krallıq Baş nazirləri), Muhtar Kent (Coca Cola şirkətinin icraçı direktoru) və s.

Universitetin əsas güclü proqramları iqtisadiyyat, biznes, beynəlxalq əlaqələr, hüquq, mühasibatlıq və kompyuter elmləridir.

Görüşdə foundation (akademik hazırlıq ili), Bakalavr, pre-master və magistr proqramları barədə məlumat veriləcək. CELT Collegesin bütün tələbə və müəllim heyəti, eləcə də universitetlə maraqlanan şagirdlər və valideynlər dəvətlidir.

Seminar Mart 18:00-da Hilton Hotelin 2-ci mərtəbəsində Firuzə zalında baş tutacaq.

Giriş ödənişsizdir və online qeydiyyata ehtiyac yoxdur.

Xəritə

Tеги O Mероприятиях: