Xaricdə təhsil sərgisi!

Выставка / Oбразование

Загрузка ..

O Mероприятии:

Xaricdə təhsil sərgisi!

Xaricdə təhsil sərgisi!

Dünyanın 100-dən çox universitetinin  təmsil olunacağı sərgidə Amerika, Böyük Britaniya, Avstraliya, Hollandiya, İspaniya, İtaliya, İsveçrə, Kanada və digər ölkələrin rəsmi nümayəndələri iştirak edəcək.

Sərgidə rəsmi nümayəndələr  və mütəxəsislər tərəfindən iştirakçılar üçün məlumat sessiyaları həyata keçiriləcək. Tədbirdə iştirak edən hər kəs universitet nümayəndələri ilə individual görüşərək  universitetlər haqqında daha ətraflı məlumat almaqla yanaşı universitetlərə qəbul şərtləri və mərhələləri ilə bağlı ətraflı məlumat əldə edəcək.

Universitetlərlə yanaşı həmçinin xaricdə orta məktəb, ingilis dili hazırlığı və ixtisaslaşma kursları ilə bağlı məlumat veriləcək.

Beynəlxalq təhsil sərgisi 11 Aprel 2019-cu il tarixində saat 12:00-18:00-da Hilton Baku Otelində baş tutacaqdır.

Sərgidə iştirak etmək üçün linke daxil olub qeydiyyatdan keçməyiniz zəruridi.

Sərgi ödənişsizdir.

Xəritə