Celentano Tribute Show

Концерт / Другой

Загрузка ..

O Mероприятии:

Celentano Tribute Show

Bakıda ilk dəfə olaraq, əfsanəvi dünya ulduzu Adriano Celentanonun 80 illik yubileyi şərəfinə keçiriləcək təkrarsız İtaliya layihəsi Celentano Tribute Show nu ̈mayiş etdiriləcək. Adriano Celentanonun ən sevimli xitləri və performansları Maurizio Schweizerin təqdimatında Azərbaycan tamaşaçısına təqdim olunacaq. Yarım əsrdir ki, Adriano Celentano İtaliya şou və musiqisinin ən sevimlisidir. Nə etdiyinə baxmayaraq, o hər zaman təəccu ̈bləndirməyi bacarır. Onun uğurlarını üç nəsil qeyd edir. Celentano Tribute Show bir çox dünya ölkələrində konsert proqramı ilə çıxış edərək, tamaşaçıları valeh edir. Buna misal olaraq, hər ay Moskvanın Crocus City Hall konsert zalında keçirilən unudulmaz şouları qeyd etmək olar. Bundan başqa, şou ABŞ teatrlarında da böyük uğurla nümayiş etdirilir. Fransa, Ukrayna, İspaniya, Latviya, Türkiyə, Qazaxıstan, Almaniya, Moldova və sair ölkələrdə də uğur qazanan şou indi Azərbaycanda geniş tamaşaçı kütləsinə ilk dəfə təqdim olunacaq.

Xəritə