Загрузка ..

O Mероприятии:

Mentor Talks tədbiri

Mentor Talks – 14 Oktyabrda Biznes & Təşəbbüskarlıq kateqoriyası üzrə 7 nəfər spikerin çıxış edəcəyi yarım günlük tədbirdir. Sloqanımız: Daxili potensialını kəşf et!

Artıq ikinci dəfə təşkil edilən tədbir Park Inn hotelində keçiriləcək. 
14:00-dan 18:00-a qədər davam edəcək tədbirdə 7 spiker çıxış edəcək.

Tədbirin spikerləri:
Zeynep Dereli - Təşəbbüskar, Tink CEO
Əfsun Qurbanov - Morpho, Həmtəsisçi, İdarəedici tərəfdaş
Sərvər Qurbanov - ADA universiteti, müəllim
Sakit Səmədov - Destec Group CEO, ADNSU müəllim
Reyhan Camalova - Təşəbbüskar, Rainergy CEO
Zaur Darabzadə - CinemaPlus, İdarə heyətinin üzvü
Tural Bədirxanlı - MIT məzunu, Twitterin əməkdaşı, NAMOMEDIA həmtəsisçi

Tədbirin proqramı:

14:00 – 14:50 Qeydiyyat və Networking
14:50 – 15:00 Dinləyiciləri salamlama və spikerlərin təqdimatı

15:00 – 15:30 Zeynep Dereli: Gələcəyin fərdi

15:30 – 15:50 Sərvər Qurbanov: Sahibkarlıq üçün 1200 saniyəlik beyin fırtınası

15:50 – 16:10 Əfsun Qurbanov: BƏD 3 

16:10 - 16:30 Çay-kofe fasiləsi

16:30 – 16:50 Sakit Səmədov: Biznesdə yüz ölçüb bir idarə etmək

16:50 – 17:10 Reyhan Camalova: Təşəbbüskarlığın yaşı varmı?

17:10 – 17:30 Zaur Darabzadə: Biznesin pərdə arxası

17:30 – 18:00 Tural Bədirxanlı: Qlobal bazar üçün vizion necə olmalıdır?

18:00 – 18:10 Yekun

#MentorTalks, öyrədici və ilham verən çıxışları olan bir tədbirdir. Missiyası insanların həyatına dəyər qatan ideya və məlumatları paylaşaraq onları davamlı inkişafa sövq etməkdir.

İştirakçılar tədbirdə, texnologiya, təhsil, marketinq və biznesin digər sahələrində təşəbbüskarlığı olan xarici və yerli spikerlərdən mövzuyla bağlı qloballaşan dünyanın və yerli bazarın tələblərinə uyğun məlumatlar, davamlı inkişafa meyilli insanlarla “networking” və ianəli bilet alaraq tədbirin sosial tərəfi olan autizm sindromundan əziyyət çəkən uşaqların ailələrinə dəstək olma imkanı əldə edəcəklər.

Tədbirdə iştirak etmək istəyənlər təklif olunan Erkən rezervasiya (29 AZN), Standart (35 AZN) və İanəli (45 AZN) biletlərdən birini seçə bilərlər.

İanəli biletin standart biletdən fərqi ondadır ki, həmin bilet məbləğinin 10 AZN’i ilə autizm sindromundan əziyyət çəkən uşaqlara dəstək olunacaq. 

Tədbirin sosial məqsədi isə şirkətlərin və fərdlərin autizmə qarşı diqqətini artırmaq, sosial məsuliyyət zehniyyətli bizneslərin qurulması və artmasına diqqət çəkməkdir.

Məlumat üçün qeyd edək ki, tədbirin biletləri artıq satışdadır. İştirakçılar sentyabrın 30-na qədər Standart bileti 29 AZN-ə əldə edə biləcəklər.

Tədbirə bilet əldə etmək üçün:
Mentor.az saytında qeydiyyatdan keçə,
Səhifənin - mesaj və rəy bölümünə yaza,
(070) 296 64 66 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz
Qeydiyyat linki: http://mentor.az/index.php#ts-ticket


Yerinizi rezerv etməyə tələsin! İndi sifariş edin!
Qeyd: Biletlərin çatdırılması pulsuzdur (Bakı şəhəri daxilində)