Professional CV Hazırlama və İnterviyu texnikaları

Cеминар / Kарьера

Загрузка ..

O Mероприятии:

Professional CV Hazırlama və İnterviyu texnikaları

Türkiyənin tanınmış Satış və Marketinq meneceri  Bakıya gəlir. Belə ki, mayın 19-da İstanbul Aydın Universitetinin Marketinq müəllimi  Haluk Tatar Bakıda təlim keçəcək.

Haluk Tatarın  “Professional CV Hazırlama və Müsahibə Texnikaları” mövzusunda olan seminarında işə qəbul üçün müraciət zamanı diqqət edilməli məqamlar müzakirə ediləcək.

H.Tatar peşəkar CV   hazırlamaq, müsahibə zamanı davaranış və danışıq qaydaları barədə dünya təcrübəsinə dayanaraq maraqlı məqamlara toxunacaq.

Qeyd edək ki, türkiyəli mütəxəssis Yıldız Teknik Universiteti və 
İstanbul Teknik Universitetində Mexanika Mühədisliyi  üzrə təhsil alıb. 

O,  1999-2006-cı illərdə UMTAS –da Satış və Marketinq Meneceri kimi çalışıb.

Haluk Tatar  həmçinin, Videoeğitim.com  və Natron Danışmanlık A.Ş  şirkətlərini də qurub.  Mütəxəssis hazırda  İstanbul Aydın Universiteti marketinq müəllimi işləyir.  

Xususi olaraq bildirək ki, İstanbul Aydın Üniversiteti  sponsorluğu və Edex şirkətinin təşkilatçılığı ilə keçirilən tədbirdə iştirak ödənişsizdir.

Tədbirdə iştirak istək məktubu əsasında seçiləcək. Layihədə iştirak etmək istəyənlər istək məktubunu bu https://goo.gl/9mdxc3 linkə daxil olub, dolduraraq göndərməlidir.

İstək məktublarının göndərilməsi üçün son tarix mayın 16-da bitir. 

Seminar iştirakçılarına İstanbul Aydın Universitetinin Beynəlxalq Sertifikatı veriləcək.


Tədbirin rəsmi partnyor isə  Business Talk şirkətidir.