Загрузка ..

O Mероприятии:

Biznes Everest

Əziz dostlar! Start Co-working Centerin bu səfərki qonağı, dəyərli rezidentimiz Canan Pişkindir.

Təlim biznesə başlamaq istəyən və biznesi olanlar üçün aşağıdakı mövzuları əhatə edir:

• Biznes Everest nədir?
• Biznesin uğurlu idarə olunması üçün addımlar
• Hədəf Bazarı necə müəyyənləşdirilir?
• Unique Selling Proposition - USP nədir?
• Biznesin inkişaf strategiyaları;
• Biznesdə vaxtın, satışın, enerjinin, komandanın uğurla idarə olunması;

Təlimçi haqqında: Canan Piskin

Canan Piskin öz karyerasına Beynəlxalq Auditlə başlayıb. O 20 illik koorperativ həyatını Risk menecment və Finans Kontrolları ilə davam edib. O beynəlxalq banklarda - BNP Paribas, Societe Generale and HSBC departamentlərində çalışıb. Biznes Kouçinqdən əvvəl o HSBC MENA Komersial Biznes Bankçılıqda regional director vəzifəsində fəaliyyətini davam etdirib. O həmçinin İstanbul Universitetində Finans menecmenti üzrə mühazirəçi olub. 
Kouçinq fəaliyyətinin başlanğıcı olaraq, ActionCOUCH tərəfindən sertifikart ilə təmin olunub. Həmin andan etibarən Biznes Sahibləri və C-Suite Executives-in üzvüdür. Bundan əlavə o, Dubay Biznes WOMEN – nin aktiv üzvüdür, o həmçinin müxtəlif təlimlər və workshoplarda spiker kimi Dubayda, Abu Dabidə və Bakıda fəaliyyət göstərib. Hal hazırda Bakıda işini davam etdirir. 

TƏHSİL VƏ DƏRƏCƏLƏR 

• M.B.A. Warwick Universiteti – 2006 
• Certified Public Accountant - 2000 
• B.Sc. in Orta Doğu Texnik Universiteti - İqtisadiyyat - 1994 
• TED Ankara Özəl məktəbi - 1990 

Təlimdə iştirak etmək üçün ödəniş haqqı 30 AZN təşkil edir.

Eyni şirkətdən 2 və 2-dən artıq qoşulan şəxslərə - 20 AZN

Start Co-working Center rezidentləri üçün təlim ödənişsizdir.

Qeydiyyat linki: https: //goo.gl/forms/u52GhG5dPO6RxXy13

Qeydiyyatdan keçən hər bir şəxslə əlaqə saxlanılacaq. Təşəkkür edirik. Bizə qoşulun və özünüzü inkişaf etdirin.

Son müraciət tarixi: 14.04.2018