8th European Film Festival

Фестиваль / Kино-фильм

Загрузка ..

O Mероприятии:

8th European Film Festival

Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyi Aİ-na Üzv Dövlətlərin Səfirlikləri, Norveç Səfirliyi Park Cinema ilə birgə əməkdaşlıqda və Türk Hava Yolları və Intourist Baku mehmanxanasının dəstəyi ilə 8-ci Avropa Film Festivalı təşkil olunacaq. Avropa Film Festivalı 2-12 noyabr tarixlərində Bakıda keçirilərək müasir Avropa filmlərini təqdim edəcək və tanınmış Avropa film rejissorlarını qonaq edəcək.

Proqrama 21 filmin nümayişi daxildir ki, onlardan 19 Avropa İttifaqı ölkəsindən (Belçika, Bolqarıstan, Çex Respublikası, Xorvatiya, Estoniya, Finlandiya, Fransa, Almaniya, Macarıstan, İtaliya, Latviya, Litva, Hollandiya, Polşa, Portuqaliya, Rumıniya, İspaniya, İsveç, Birləşmiş Krallıq), 1 Norveçdən və 1 Azərbaycandandır. Mümkün qədər böyük auditoriyanın marağını əks etdirmək üçün filmlər müxtəlif janrlardan ibarətdir.

Festival qonaqları arasında Bolqarıstan rejissoru Dimitar Kotzev, belçikalı rejissor Kadır Balci, portugaliyalı rejissor Juau Nicolau, hollandiyalı rejissor Yoram Lürsen vardır. Film nümayişindən sonra tamaşaçılara rejissorlarla interaktiv müzakirələrdə iştirak etmək imkanı veriləcək. Onlar həmçinin masterklasslar da keçirdəcəklər. Tədbirlərdə hər kəs iştirak edə bilər. İştirak sərbəst ilk gələn yer tutur prinsipi əsasında həyata keçiriləcək.

Xəritə