28 sentyabr 2017-ci il tarixində Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası 5-ci dəfə öz qapılarını kitabsevərlərin üzünə açacaq. Sərgi 28-30 sentyabr tarixində Bakı İdman Sarayında (Əl Oyunları İdman Sarayı) keçiriləcəkdir.
Sərginin təşkilində əsas məqsəd ölkədə kitaba, mütaliəyə marağın daha da artırılması, Azərbaycan oxucusunun yerli və xarici nəşr məhsulları ilə yaxından tanışlığı, eyni zamanda yerli və xarici nəşriyyatlar, kitab evləri arasında yeni əməkdaşlıq imkanlarının yaradılmasıdır.
Sərgidə 100-dən çox yerli, 30-dan artıq xarici nəşriyyat, kitab evi və digər təşkilatların iştirakı gözlənilir.
Artıq ənənə halını alan bu kitab bayramı çərçivəsində dünyanın müxtəlif nəşriyyat-poliqrafiya müəssisələrinin çap işləri, nümayiş olunur, tanınmış şair-yazıçılarla görüşlər, çoxsaylı təqdimatlar və s. tədbirlər keçirilir.
Sizi də bu böyük kitab bayramına dəvət edirik.