Загрузка ..

O Mероприятии:

Baku Open 2017

Bu tədbir Qafqaz QO Çempionatı 2018`in ön-turnamentlərindən biridir. Ona görə də əgər qo oyunu ilə tanış deyilsinizsə, Baku Open 2017`də iştirak sizin üçün çox faydalı olacaq.

Amma əgər yarış tarixində bizə qoşulmağınız alınmasa, o zaman digər turnament öncəsi yarışlara qatıla bilərsiniz. (Tbilisi Open 2017, Sumgait Open 2017) 


Daha detallı:

Məkan
__________________________________
Starbucks Port Baku (28 Maydan təxminən 15 dəqiqəlik piyada gedilə biləcək məsafədə)

Yolu bilməyənlər üçün məkana 28 Mayda görüşülüb gedilmə ehtimalı da mümkündür.

Günün proqramı
__________________________________
10:00 Qeydiyyat
10:30 Qaydalar haqda leksiya 
11:00 1`ci qrup üçün demo oyun
11:30 1`ci raund
12:30 2`ci qrup üçün demo oyun
13:00 2`ci raund

Qeydiyyat
__________________________________
Qeydiyyat haqqı 10 manatdır və 24 nəfərlik yarışmaçı limiti var. Qeydiyyatdan imtina halları olduqda daha çox qeydiyyat qəbul edilə bilər. 
Qeydiyyat linki: https://docs.google.com/forms/d/184UESApX33VtDV67haLrJKX1vnPonVz3Emi2n-7wB5c/edit