Retro Avtomobillərin Yürüşü

Выставка / Исторический

Загрузка ..

O Mероприятии:

Retro Avtomobillərin Yürüşü

Azərbaycan Avtomobil Federasiyası klassik avtomobillərin yürüşünü təşkil edir

Azərbaycan Avtomobil Federasiyası (AAF) avqustun 26-da klassik avtomobillərin yürüş və sərgisini təşkil edəcək. Bununla əlaqədar olaraq AAF klassik avtomobil sahiblərini tədbirdə iştiraka dəvət edir. 

1980-ci ilədək istehsal olunan klassik avtomobillərin sahibləri 22 avqust saat 18:00-dək Avtomobil Federasiyasında qeydiyyatdan keçə bilər. İştirak etmək istəyən şəxslərdən qeydiyyat üçün Avtomobil Federasiyası ilə (012) 505 60 03 və ya (050) 295 01 00 telefon nömrələri, eləcə də HYPERLINK http://[email protected]/ /t _blank [email protected] elektron poçt ünvanı ilə əlaqə saxlamaları xahiş olunur.

Qeydiyyatdan keçən avtomobil və sahibləri 26 avqust saat 15:30-da Heydər Əliyev Mərkəzinin qarşısında olmalıdır. 

Heydər Əliyev Mərkəzinin qarşısından start götürəcək avtomobillər Bakı şəhəri üzrə yürüş edəcək. 

Burada eyni zamanda müxtəlif əyləncə proqramları, çərpələng festivalı və konsert təşkil olunacaq.


✔Küləyin rəqsi Beynəlxalq Çərpələng Festivalı
Küləyin rəqsi Beynəlxalq Çərpələng Festivalı Bakıda ilk dəfə olaraq keçiriləcək. Saat 18.00-da başlayacaq tədbirdə Azərbaycan, Latviya, Monqolustan, Ukrayna, Litva, Danimarka və Finlandiyadan olan 10 rəssam iştirak edəcək.
Fırça ustalarının müxtəlif rəsmlər çəkdiyi, fərqli ölçü və formalı 50 çərpələng “küləklər şəhəri” Bakının səmasını bəzəyəcək. Həvəskar uşaqlar da səmaya 200-dək çərpələng uçuracaqlar. 
Əyləncə proqramları
✔Saat 17.00-dan başlayaraq Heydər Əliyev Mərkəzinin parkında azyaşlılar üçün müxtəlif əyləncə proqramları təqdim olunacaq.✔Sevimli Bala uşaq klubunun dəstəyi ilə qurulan oyun zonasında balacaları şar və köpük şouları, batut, sürüşkənlər, böyük ölçüdə yumşaq konstruktorlar və plastmas şahmatlar gözləyir.
✔The Entertainer oyuncaq mağazasının iştirakı ilə hazırlanan əyləncə zonasında isə futbol, basketbol və digər oyun meydançaları qurulacaq. Burada uşaqlar, həmçinin, masaüstü oyunlarda iştirak edə biləcəklər.
✔Bolşoy Prazdnik şirkətinin əyləncə zonasında balacalar sehrbazın fokus və illüziyalarını, müxtəlif şouları izləyəcəklər.
Uşaqlar, həmçinin müxtəlif nağıl personajları ilə şənlənə, üzlərini arzu etdikləri rəsmlərlə boyatdıra, eləcə də karikaturalarını çəkdirə biləcəklər.
✔Azyaşlılar üçün saat 18.00-dan saat 20.00-dək “Azəri inciləri” qrupu və balaca ifaçı Nuray Rəhmanovanın konserti keçiriləcək.
✔ Röya və Miri Yusifin konserti
Avqustun 26-da saat 20.00-da Mərkəzin parkında Əməkdar Artist Röya Ayxan və Miri Yusifin konserti keçiriləcək. Tədbirlərə giriş sərbəstdir. Yalnız klassik avtomobil yürüşündə əvvəlcədən qeydiyyatdan keçənlər iştirak edə bilər.

Xəritə