Effektiv satış seminarı

Cеминар / Экономика

Загрузка ..

O Mероприятии:

Effektiv satış seminarı

Effektiv satış seminarı : Satış sizin şirkətin həyat mənbəyidir Edəcəyiniz investisiyaların və xərclərin hamısını satışdan gələn pul ilə qarşılayırsınız. Mənfəət ancaq satış varsa ortaya çıxar. Satışın olmadığı yerdə şirkət də olmaz. Artan rəqabət şəraitində satış ən güclü olmanız lazım olan sahədir.
Seminarda iştirak ödənişsizdir İştirak etmək üçün qeydiyyat formunu doldurun : https://goo.gl/forms/2ZcHNsEJDOL9YmW52

Seminarın mövzuları:
- Effektiv Satış nədir?;
- Müştəri tipləri;
- Potensial müştəri;
- Satıcı tipləri;
- Satışa təsir edən faktorlar;
- Satış artırma yolları;
- 4 P analizi ;
- Satışın mərhələləri;
- Satışın texnikaları;

Təlimçi haqqında:

Ənvər Yavəroğlu Qafqaz Universitetinin Biznesin təşkili və idarə edilməsi fakültəsini bitirmişdir.
Azərbaycanın bir sıra aparıcı şirkətlərində satış meneceri, satış departamenti rəhbəri, satışın idarə edilməsi, marketinq, menecment sahəsində çalışmış və yüksək nailiyyətlər göstərmişdir. 16 illik karyerasını praktiki olaraq satışın idarə edilməsi üzrə, son dörd il ərzində isə “Peşəkar Satış” və “Satışın İdarəedilməsi” üzrə təlimçilik fəaliyyətini davam etdirir.
Ənvər Həsənov Kristal Abşeron MTK, Gəmiqaya Holdinq, Sirab, Veysəloğlu, Avis Tibbi Marketlər Şəbəkəsi, Femina Xəz Dəri, və s. Azərbaycanın aparıcı şirkətlərinin satış üzrə işçi heyətinə peşəkar təlimlər keçmişdir.

Ənvər Həsənov Çin, Türkiyə, Rusiya, İran, İngiltərədə öndə gedən şirkətlərin “Biznes Strategiyalarının” hazırlanma proseslərində iştirak etmiş, həmçinin qeyd edilən ölkələrdə “müasir satış”, “satışın təhlili”, “satışın idarə edilməsi”, “liderlik”, “gələcəyə yönəlmiş planlaşdırma”, “biznesin inkşafı üçün strateji addımlar” adlı təlimlərdə iştirak etmişdir.

Ünvan : Nəsimi rayonu Hüseynqulu Sarabski küçəsi 16 Zabitlər baği yaxinligi (Maliyyə Nazirliyinin binasının arxası)
Əlaqə tel. 070 5091779
İştirak ödənişsizdir İştirak etmək üçün qeydiyyat formunu doldurun 
https://goo.gl/forms/2ZcHNsEJDOL9YmW52

Tеги O Mероприятиях: