Geyim üzərində rəsm

Cеминар / Kарьера

Загрузка ..

O Mероприятии:

Geyim üzərində rəsm

Rəssamlıq bacarığı olan və yaxud həvəskar olan xanımların nəzərinə!
Əminik ki, sizə də maraqlıdır, çantalarınızı, geyimlərinizi, hətta ayaqqabılarınızı necə qeyri-adi və özünüzəməxsus edə bilərsiniz. Bəli, edə bilərsiniz! Siz bunu bacararsınız! 
NECƏ? 7 illik təcrübəyə malik, peşəkar rəssam Dilbər xanımla 2 saatlıq master-klas sizə bu işi öyrətmək üçün nəzərdə tutulub. Bu müddət ərzində siz öz gətirdiyiniz geyimin, çantanın və yaxud şərfinizin və s. üzərində istədiyiniz rəsmi çəkməyi, naxışı vurmağı öyrənəcəksiniz. 
Bundan sonra siz öz geyim və aksesuarlarınızı özünüzə ÖZƏL edə biləcəksiniz və eyni zamanda bu işi daha da yaxşı öyrənməklə hətta gəlir əldə edə bilərsiniz. 
Geyim üzərində rəsm adlı master-klas 8 iyun tarixində saat 15:00-da keçiriləcəkdir. 
Müddət: 2 saat
Ödəniş: 15 AZN (master-klas günü ofisdə qəbul ediləcək)
Ünvan: Lev Tolstoy 131, Youth Inc. BİM, Bakı şəh. (MUM yanı)

İştirak etmək istəyənlər aşağıdakı link vasitəsilə sadə qeydiyyat formasını doldurmaqla iştiraklarını təsdiq edə bilərlər.

https://ozalaz.typeform.com/to/X0PRhu

Nəzərinizə çatdıraq ki, www.ozal.az saytının yaradılmasında məqsəd bacarıqlı insanların əl işlərinin, ev şəraitində hazırlanan hər bir məhsulun satışını, qablaşdırılmasını və birbaşa alıcıya çatdırılmasını təşkil etmək və bununla bağlı müştəri xidmətini yüksək səviyyədə təmin etməkdir. Startup olaraq fəaliyyətə başlamışıq və Youth Inc. Biznes İnkubasiya Mərkəzinin rezidentiyik.