WoWoman Baku: Digital Marketing Academy

Cеминар / Наука и техника

Загрузка ..

O Mероприятии:

WoWoman Baku: Digital Marketing Academy

 
Biznesin əsasını marketinq təşkil edirsə, müasir dövrdə marketinqin əsas hissəsini dijital marketinq təşkil edir. Marketinq sahəsində yeniliklərdən xəbərdar olmamaq biznesdə geriləməyə səbəbdir.
Məhz buna görədə WoWoman Digital Marketing Academy xanımları bu sahədə daha da məlumatlandırmaq üçün fəaliyyətə başlayır.
Əgər marketing sahəsində çalışırsınızsa və ya öz şəxsi biznesinizlə məşğulsunuzsa bu təlim kursu sizin üçündür.

Yay ərzində dijital marketinq haqqında öyrənmək, biliklərini artırmaq, yeni tanışlıqlar qurmaq üçün qeydiyyatdan keç və bizdən cavab gözlə.

Təlimlər 1,3,5-ci günlər 19:00 Barama İnnovasiya mərkəzində keçiriləcək.

Öyrədiləcək 3 sahə:
- SOSIAL MEDIA MARKETINQI -
Fil agency direktoru Aysel Cəbrayılova tərəfindən keçiriləcək dərslər :
1-ci dərs: Sosial şəbəkələrdə (Facebook, İstagram və d) səhifələrin düzgün formada tərtibi və cəlbedici tərtibatı.

2-ci dərs: FB və İNSTAGRAM səhifələrin idarə olunması. Maraqlı mövzu seçimi. Səhifənizin real satış məkanına çevrilməsi üçün əlavə işlər. Yardımçı platformalar – anket, qeydiyyat, sorğuvə s. Monitorinq – səhifənin aktivliyinin periodik analizi. Rəqiblərlə müqayisə.

3-cü dərs: Sosial şəbəkələrdə reklam funksionallıqları. Videoların, şəkillərin, saytın və s. düzgün, effektli reklam olunması. Hədəf kütlə seçiminin qaydaları. Reklam büdcəsinin seçimi.

4-cü dərs: FB və İNSTAGRAM səhifələrinin reklam edilməsi. Daha çox daimi izləyici toplamaq üçün üsullar.

- EMAIL MARKETINQ -
189 Taxi Marketinq meneceri Azər İsmayılov tərəfindən keçiriləcək dərslər:

1-ci dərs:
• Sosial Medianın Marketinqə inteqrasiyası
• Sosial Media kampaniyaları və reklamları
2-ci dərs:
• Marketinqdə emailin yeri
• Email marketinq alətləri və ondan istifadə
• Email marketinqdə data analizi

- GOOGLE VƏ YOUTUBE REKLAMLARI
New Media reklam şirkətinin əməkdaşı Günel Məmmədova tərəfindən keçiriləcək.

1-ci dərs: Google reklamları (axtarış sözləri), 2-ci dərs Google reklamları (axtarış sözləri) praktika
3-cü dərs: GDN , 4-cü dərs GDN praktika
5-ci dərs: Remarketing - nəzəriyyə, 6-cı dərs: Remarketing praktika
7-ci dərs: Youtube reklamları, 8-ci dərs: Youtube reklamları praktika.




DİQQƏT: Təlimlərdə iştirak ödənişsizdir.
Yerlər məhduddur.
Qeydiyyat üçün son tarix : 22 İyun.
Təlimlərdə iştirak qeydiyyatladır.
Qeydiyyat linki:
https://goo.gl/forms/8hIsgdfJ3wu7yqua2


Ünvan: Barama İnnovasiya mərkəzi, Dəmirçi plaza 18-ci mərtəbə.
Əlavə məlumat almaq üçün Fidan İlham ilə əlaqə saxlaya bilərsiniz: 0552710208
Email: [email protected]