Oracle SQL Certified Expert by Tech-Tech Xanım

Cеминар / Наука и техника

Загрузка ..

O Mероприятии:

Oracle SQL Certified Expert by Tech-Tech Xanım

WoWoman: Tech-Tech xanım komandası olaraq biz qadınların İT sahəsində inkişaf etmələri,karyera quran zaman düzgün istiqamət seçmələri və qarşılaşdıqları problemləri tək deyil,onlarla birlikdə həll etmək üçün çalışırıq. Bu istiqamətdə xanımları maarifləndirmək, onların özlərini daha da inkişaf etdirmələri üçün müxtəlif kurslar, təlimlər və tədbirlər təşkil edirik.

Son bir neçə ayda təşkil etdiyimiz kurslar silsiləsini yeni kursumuzla davam edirik. Beləliklə sizi fəaliyyətimizin ikinci ilində təşkil etdiyimiz ilk uzunmüddətli Oracle SQL Certified Expert kursumuza dəvət edirik. Kursun məqsədi xanımları SQL Expert sertifikatına hazırlamaq və sertifikat almalarını təmin etməkdir.
Siz bu kursa qatılmaqla əldə edəcəksiniz:
1. SQL Fundamentals biliklər
2. PL SQL Sertifikatının ilkin mərhələsinə hazırlıq
3. Oracle SQL Sertifikatı

Kurs Gültəkin Həsənovanın başçılığı ilə baş tutacaq. Gültəkin Həsənova hal-hazırda Bank Avrasiya ASC-nin İT departamentinin Proqramlaşdırma şöbəsində Aparıcı Mütəxəssis vəzifəsində çalışır. O, Beynəlxalq səviyyəli Oracle Administration 1 və Oracle SQL Expert sertifikatı əldə etmişdir.

Əgər siz də bizimlə birgə Tech-Tech Xanım olaraq SQL Expert Sertifikatına hazırlaşmaq istəyirsinizsə bizə qoşulun. Kursda iştirak etmək üçün qısa qeydiyyat formunu doldurmaq kifayətdir. Qeydiyyat formuna aşağıdakı linkdən keçid edə bilərsiniz:
http://bit.ly/2sTgJJ4

Kursun müddəti: 3ay
Ümumi qiyməti: 150 azn
Başlama tarixi: 02.07.2017 Saat: 16:00
Məkan: Barama İnnovasiya Mərkəzi, Dəmirçi Plaza
Dərslər həftədə 2 dəfə olmaqla (III gün saat 19:00 və bazar günü saat 16:00) 2 saat keçiriləcək.

Qeydiyyat üçün son tarix : 30.06.2017
Yerlər məhduddur.

Əlaqə: 050-721-74-60
E-mail: [email protected]