Загрузка ..

O Mероприятии:

MFM Liderlik Məktəbi

 
Milli Fikir Mərkəzi və United Colors of Azerbaijan Liderlik Məktəbi elan edir.
Liderlik bacarıqlarınızın olduğuna inanırsınızsa siz də müraciət edin.
Liderlik Məktəbi çərçivəsində gənclər 20 gün müddətində müxtəlif mövzularda təlimlər keçəcək. Təlimlərlə yanaşı məktəbə seçilən şəxslər üçün film günləri, rayon turları, əyləncəli oyunlar və party-lər təşkil olunacaq.
Təlimlər həftənin I, III, V və II, IV, VI günləri saat 15.00-18.00 arası keçiriləcək.

Təlimlər aşağıdakı mövzular üzrə keçiriləcək:
1. Liderlik fəlsəfəsi
- İdarəetmə və təşkilatlanma;
- Lider iradəsi - Volüntarizm;
- Kütlə psixologiyası;
- Natiqlik və razısalma bacarığı.

2. Müasir liderlik anlayışı
- Dünya liderləri;
- Lider tipləri;
- Liderlik nəzəriyyələri.

3. Lider imici
- İmic və tərz yaratma;
- Bədən dili;
- Siyasi reklam.

4. İnformasiya cəmiyyəti və lider
- Lider və KİV;
- İnformasiya təhlili.

Təlimlər ödənişsizdir.
Qeydiyyat linki: https://docs.google.com/forms/d/1TM2tdvrfN3iP5T02jggBU3FS023AZ0Nd0WShQXjuBuY/
Son qeydiyyat tarixi: 29 iyun
Əlaqə: 070 537 21 84. Ünvan: Əlövsət Quliyev küçəsi 79, m. 8