ÖzƏl İşlər Sərgisi

Выставка / Арт

Загрузка ..

O Mероприятии:

ÖzƏl İşlər Sərgisi

Əziz Dostlar!

Sizi maraqlı, əyləncəli bir gün gözləyir. İstedadlı xanım və bəylərimiz öz əl işlərini bu dəfə Park Bulvar AVM-in 1-ci mərtəbəsində sərgiləyəcəklər. Sərgidə www.özal.az saytının təqdimat mərasimi keçiriləcəkdir.

www.ozal.az saytının yaradılmasında məqsəd bacarıqlı insanların əl işlərinin, ev şəraitində hazırlanan hər bir məhsulun satışını, qablaşdırılmasını və birbaşa alıcıya çatdırılmasını təşkil etmək və bununla bağlı müştəri xidmətini yüksək səviyyədə təmin etməkdir. Ev dadını, əl əməyini yüksək qiymətləndirən, daha fərqli və kreativ, sənətkarların hiss və duyğularının təcəssümündən yaradılmış əşyaların, hədiyyələrin axtarışında olan hər kəsə bu məhsulları əlçatan etməkdir.

Sərginin təşkilində məqsəd əl işləri ilə məşğul olan insanların işlərini nümayiş etdirərək, vahid platforma olan www.ozal.az saytı üzərindən çox rahat şəkildə satışını təmin etməkdir.

Sizlər bura gəlib orijinal, yaradıcı işlərin zərifliyinə tamaşa edə, onlarla yaxından tanış ola və sifariş edə bilərsiniz.

Evdə hazırlanmış faydalı sabunların təqdimatı, sabunun hazırlanması qaydaları, tort bəzədilməsi, ebru sənəti, rəsm dərnəyi, face-art və s. kimi master klasslar sizləri gözləyir. Son zamanlarda nənələrimizin çarpaz toxumaq ilə hazırladıqları işlər diqqət çəkməyə başlayıb. Bu məşğulliyət, insanı sakitləşdirir və pul da gətirir. Bijuteriya üzrə ustalaşmış sənətkarların əl işləri orijinallığı və zərifliyi ilə fərqlənəcəkdir. Hazırlanmış balaca güllər, qolbağılar, sırğalar və boyunbağlar diqqət çəkəcəkdir.
Sərgi maraqlı, şən və əyləncəli ruhda keçəcəkdir. Sərgidə rəqs qruplarının performansları yer alacaqdır.

Əgər əl əməyini yüksək qiymətləndirirsiniz, onların hazırlanma qaydası ilə tanış olmaq və musiqili şou proqramı izləmək istəyirsinizsə bizə qoşulun.

Bu kimi tədbirlər bizim əl işi ilə məşğul olan sənətkarlarımıza mənəvi həzz verir. Ev şəraitində, sabun və bijuteriya hazırlanması, qab-qacağa rəsm çəkilməsi, oyuncaqların ayaq, əl və gözünün hazırlanması çox çətindir. Bizim ustalarımız, bu işləri hamımız üçün görürlər. Buna görə onların bu yaradıcılığına görə təşəkkür edirik.


Bu sərgidə hər birinizi görməkdən məmnun olarıq.

Sizi 10-11 iyun 2017-ci il saat 10:00-22:00 da Park Bulvar –da gözləyirik!