Elçin Şirinov və trionun konserti

Концерт / Джаз

Загрузка ..

O Mероприятии:

Elçin Şirinov və trionun konserti

7 iyun Beynəlxalq Muğam Mərkəzində Premier LTD konsert agentliyi Fransa, Belçika və Azərbaycandan olan məşhur musiqiçilərin iştirakı ilə beynəlxalq caz konserti təqdim edəcək. Azərbaycanı istedadlı cazmen və bəstəkar Elçin Şirinov təmsil edəcək.

Elçin Şirinovun triosu (Elchin Shirinovs project) Linley Marthe (Fransa) və Stephane Galland-dan (Belçika) ibarətdir.

Bu layihə keçən il Fransada Sunnyside festivalında musiqiçilər parlaq və maraqlı improvizasiyalarla bir neçə konsertdə çıxış etdikdən sonra yarandı. Ötən ilin avqustunda isə trio albom buraxmaq qərarına gəldi. Zamanımızın ən dahi caz musiqiçilərindən biri Brad Mehldau albomu dinlədikdə belə deyib: Bu albom böyük nəaliyyətdir -dinləmək zövq verir, güclü kompozisiyalar və çox gözəl ifalar.

Elçin Şirinov Nyu-Yorkda Kevin Heyes və Aaron Holdberq kimi cazmenlərdən dərs alıb. O, bir çox irimiqyaslı beynəlxalq festivallar iştirakçısıdır -Polşada Voicingers,  Montre, Paris, London və Çin festivalları.

Layihənin digər iştirakçısı Linley Marthe uzun illərdir ki, Parisdə yaşayır və işləyir. O, dünya caz aləmində ən qabaqcıl bas ifaçısı hesab olunur. O, Cheb Mami, Dave Liebman, Trilok Gurtu, Jean Luc Ponty, Paco Séry və Randy Brecker kimi məşhur musiqiçilərlə birgə konsert vermişdir. Onun bioqrafiyasında xüsusi yeri Co Zavinulanın qrupunda işlədiyi dövr tutur. Dahi musiqiçi onun haqqında belə deyib: Linli, sadəcə, fenomendir. Onunla bas ifası baxımından müqayisə oluna bilən musiqiçi varmi? (Co Zavinul intervyu: www.zawinulonline.org)

Üçüncü iştirakçı belçikalı Stéphane Galland -11 yaşından Jean-Pierre Catoul və Eric Legnini kimi caz ifaçıları ilə çalışmağa başlayan baraban ifaçısıdır. Stefan Afrika musiqisi, klassik və pop musiqi ifa edir.

Layihənin təşkilatçısı Fransa, Belçika, Türkiyə səfirliyinin və Beynəlxalq Muğam Mərkəzinin dəstəyilə “Premier Ltd” konsert agentliyidir.

Xəritə