Müəssisələrdə kadr uçotunun təşkili
Education HUB şirkətinin təşkilatçılığı ilə Sevinc Qarakişiyevanın təqdimatında Müəssisələrdə kadr uçotunun təşkili mövzusunda kurs proqramı keçirilək.
İnsan resurslarının idarə edilməsi meydana gələn tələbatın ödənilməsi ilə bağlı nəzəri və praktik əsaslara malik münasibətlər sistemidir. Əgər siz də bu bu sistemdə fəaliyyət göstərmək istəyirsizsə bu kurs məhz sizlər üçün nəzərdə tutulub.
SEVINC QARAKİŞİYEVA - İnsan Resurları və əmək qanunvericiliyi üzrə 10 ildən artıq iş təcrübəsinə malikdir. İşçilərin işə qəbulu, əmək haqlarının hesablanması, güzəşt və imtiyazlar, təlim və inkişaf, müqavilələr üzrə danışıqların aparılması, səmərəliliyin təşkili, 1000 nəfərədək böyük heyətin idarə olunması sahəsində ixtisaslaşıb. 1С, Uyumsoft ERP, SAP, ADP sisteminin təcrübəli istifadəçisidir. ISO 9001: 2008, ISO 14001: 2004 и OHSAS 18001: 2007 üzrə təcrübəli mütəxəssis olan Sevinc Qarakişiyeva əmək hüququ məsələləri üzrə 200-dən artıq məsləhət və təlim aparıb.
Hazırda KHAZAR GLX şirkətində İnsan Resursları və KSTƏ (Keyfiyyət, sağlamlıq, təhlükəsizlik, ətraf mühit) üzrə Menecer vəzifəsində çalışır.
✔Əmək Məcəlləsi haqqında ümumi anlayış.
✔ Kadr sənədlərinin tərkibi və formaları.
✔ İşə qəbul. İşə qəbulun rəsmiləşdirilməsi.
✔ Əmək müqavilələri. Əmək müqaviləsinin məzmunu və bağlanması qaydaları. Müddətli əmək müqavilələri. Sınaq müddəti.
✔ Əmək müqaviləsinin bağlanması üçün lazım olan sənədlər.
✔Kollektiv müqavilələr, xidməti müqavilələr haqqında anlayış.
✔Bir işdən başqa işə keçirilmə qaydaları. Əvəzçilik üzrə müqavilələrin bağlanması.
✔Əmək müqaviləsinə dəyişikliklərin edilməsi.
✔İşçilərin şəxsi işləri. Şəxsi işlərin tərkibi.
✔Əmək kitabçaları haqqında məlumat. Məlumatların əmək kitabçalarına daxil edilməsi.Yanlış məlumatların düzəliş qaydaları.
✔Əmək məzuniyyətinin verilməsi qaydaları. Məzuniyyət qrafiki. Məzuniyyət əmrləri.Sosoail məzuniyyətlər. Təhsil və yaradıcılıq məzuniyyətləri. Özhesabına məzuniyyətlər.
✔ Əmək haqqı sistemi.
✔Ezamiyyətlərin verilməsi və rəsmiləşdirilməsi.
✔Yerli normativ aktlar. Daxili nizam intizam qaydaları. Mükafatlandırma. İntizam tənbehləri.
✔Tərəflərin bir-biri qarşısında maddi məsuliyyəti.
✔Vəzifə təlimatları
✔DSMF ilə bağlı prosedurlar. Xəstəlik vərəqələri.
✔İş vaxtının növləri. İş vaxtının uçotu. Tabellərin hazırlanması.
✔ Əmək müqaviləsinə xitam veriıməsi.
✔ İş yerlərinin və işçilərin attestasiyasının keçirilməsi.
✔ İşçilərin icbarı sığortası.
✔ Müəssisələrdə əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları.
Tarix /Vaxt: hər həftənin şənbə bazar günü /18:00-21:00
Ümumi 8 dərs (1 dərs 2 akademik saat )
Kursun ümumi ödəniş 165 Azn
Tələbələr üçün xüsusi endirim ilə 150 Azn-dir
Online Qeydiyyat Linki: http://bit.ly/2nvt2bQ
Ünvan: Caspian Plaza 3-cü korpus 4-cü mərtəbə
Tel: (012) 505 69 93
Mob: (055) 508 26 93
Email: [email protected]