WoWoman Baku: Food Styling

Cеминар / Kарьера

Загрузка ..

O Mероприятии:

WoWoman Baku: Food Styling

WoWoman qadınların inkişafı üçün yaradılan, onların ən qeyri-adi, çılğın, qeyri-mümkün arzularını həyata keçirmək üçün yol göstərən, istiqamətləndirən platformadır.

Müasir zaman yeni peşələr ortaya çıxarır. Bunlardan biri də food staylinqdir. Şəkillərdə çox iştah açıcı görünən yeməklər məhz food staylinqlə yaradılır. Zövqün və ləzzətin birləşdiyi bu iş hazırda ən çox tələb olunan peşələrdəndir. Məhz buna görə də Wowoman-ın Food styling layihəsi sənin üçündür.

Təlimin məqsədi xanımlara bu sahənin incəliklərini öyrətməkdir.

ƏGƏR SƏN DƏ:
• şəkil çəkmək ilə maraqlanırsansa,
• şəklini çəkməmiş heç nəyi yemirsənsə,
• iştah açan fotoların necə yarandığını öyrənmək istəyirsənsə,

BİZƏ QOŞUL !

Başlanğıc tarixi: 2 aprel, 2017

Kursun müddəti: 1 ay
Dərslər bazar günləri keçiriləcəkdir.
Dərs saatı: 11:00-13:00
Sizə uyğun saata qoşula bilərsiniz.
Heç bir qabiliyyət tələb olunmur.

Təlim dili: Azərbaycan

DƏRSLƏR:
Stilistika
Foto çəkiliş
Dizayn

Təlimçi: Günel Fərhadlı

Beat Group şirkətinin əməkdaşı.

NƏ ƏLDƏ EDƏCƏKSİNİZ?
Özünə inam, ruh yüksəkliyi, təcrübə və müsbət enerji
Yemək şəkillərinin çəkilmə texnikasını
Bu sahədə iş tapmaq imkanı

Programın sonunda seçilmiş tələbələr təcrübə keçmək şansı əldə edəcək.

DİQQƏT: Yerlər məhduddur.

Son qeydiyyat tarixi: 31 mart
İştirak üçün ödəniş:
19.03.2017 tarixinədək - 79 azn
24.03.2017 tarixinədək - 89 azn
01.04.2017 tarixinədək - 99 azn

Qeydiyyat üçün link:
https://goo.gl/forms/DimeHInvd5vcv0zm1

Tələbələrə – 10 %, WoWoman üzvlərinə – 20 % endirim ediləcəkdir.
Həmçinin, 3+1 aksiyası ilə 4 rəfiqə iştirak edib, yalnız 3 nəfərin ödənişini edə bilərsiniz

Əlavə məlumat almaq, ödəniş etmək və suallarınızı ünvanlamaq üçün Layihə Meneceri Fidan İlham ilə əlaqə saxlaya bilərsiniz:
0552710208.
Email: [email protected]

Xəritə