Bakını tanı - şəhər gəzintisi

Путешествие / экскурсия

Загрузка ..

O Mероприятии:

Bakını tanı - şəhər gəzintisi

Bakını nə qədər yaxşı tanıyırsınız? Bakının necə şərq ab-havalı şəhər üslubundan çıxıb Avropa görünüşlü şəhərə çevrildiyini bilirsiniz? Bəs Əli və Nino kitabındakı Əli və Ninonun piyada getdikləri yerləri görüb gəzmək istəyirsiniz? Bütün bunları bilmək, Bakını tanımaq və Bakıya tamam fərqli gözlə baxmaq istəyirsinizsə, sizi Bakını tanı - şəhər gəzintisində iştirak etməyə dəvət edirik.

Gəzinti birinci neft bumu dövründə formalaşan yeni nəsilin sosial sərmayə layihələri vasitəsilə Bakını və ənənəvi şərq müsəlman cəmiyyətini dəyişməsindən bəhs edir. Gəzinti zamanı həmçinin Azərbaycanın şərq və qərb dilemması, neft milyonçularının şan-şöhrət hərisliyi və xeyriyyəçiliyi, faciələr üzərində qurulan səadətimiz, Bakıdakı Polşa amili, Azərbaycanın Charlie Hebdo-su və azərbaycanlıların ədəbi şəxsiyyətlərimizə həsr edilən abidələr barədə hekayələr eşidəcəksiniz.
Bu gəzinti İRƏLİİctimai Birliyi və Azərbaycan Traveller (www.azerbaijantraveller.com) tərəfindən birgə təşkil edilir.


Digər vacib məlumatlar:

Gəzinti piyada təşkil edilir və 3 saat davam edir.
Görüş yeri: İçərişəhər metrosunun önü (qırmızı çətirli bələdçinin ətrafında toplaşın)
Başlanğıc vaxtı: 14:00
Son məntəqə: Mirzə İbrahimov küçəsi
Bitmə vaxtı: 17:00
Ünsiyyət dili: azərbaycanca
İştirak üçün qeydiyyatdan keçin.
http://ireli.az/irəli-2017-ci-il-ucun-planlarini-aciqladi/elanlar/