Yaponiyada təhsil almağın yolları və yapon mədəniyyəti

Cеминар / Личного развития

Загрузка ..

O Mероприятии:

Yaponiyada təhsil almağın yolları və yapon mədəniyyəti

Yaponiyanın Gifu Dövlət universitetinin ilk və yeganə azərbaycanlı tələbəsi olan, Azərbaycan Dillər Universitetinin Beynəlxalq Münasibətlər və Regionşünaslıq fakültəsi Yaponiyaşünaslıq ixtisası üzrə məzunu, 2013-cü ildə Yaponiyanın Azərbaycandakı səfirliyində keçirilən yapon dili imtahanında müvəfəqiyyətlə iştirak etdiyinə görə Yapon dövləti tərəfindən Yaponiyanın Tokyo, Kyoto, Osaka, Hiroşima, Miyacima kimi şəhərləri səyahət etmək şansını əldə edən, 2013-cü ildə GUAM ölkələri və Belarusiya üzrə Kiyev Xarici Dillər Universitetində keçirilən Yapon dili natiqlik müsabiqəsində 4-cü yeri, 2014-cü ildə Azərbaycanda keçirilən müsabiqəsində 1-ci yeri qazanan, aprel ayı 2017-ci ildən təhsilinə Yaponiyanın Yokohama Dövlət Universitetinə magistr üzrə təhsilinə başlayacaq olan Zarifa Aydayeva Yaponiyada təhsil almağın yolları və yapon mədəniyyəti mövzusunda söhbət aparacaq.

Hal-hazırda Yapon dili və İngilis dilinin danışığını və xarici dili öyrənməyin effektli yollarını öyrətməklə, Yapon dili, İngilsi dili, Türk dili üzrə tərcüməçiliklə məşğul olmaqla yanaşı xarici şirkətdə İnsan Resursları üzrə Mütəxəssis olaraq çalışır.

Tədbirdə nələr haqqında danışılacaq?
- Yaponiyada bakalavr və magistratura təhsili
- “Xarici ölkələrdə yapon dili öyrənənlər üçün yapon dili və yapon mədəniyyəti treninq proqramı” haqqında məlumat (1 illik)
- Xarici ölkələrdə yapon dili öyrənənlər üçün Yaponiyaya 2 həftəlik ekskursiya
- 1 həftəlik Miray proqramı, Yaponiyaya ekskursiya
- Yapon dilini tez bir zamanda öyrənmək üçün effektiv yollar və motivasiya

Təlimçi: Zarifa Aydayeva

Qeydiyyat linki: goo.gl/forms/kb937bbFmWTdGhzm1

Giriş: 3 AZN

Qeydiyyat üçün son tarix: 3 mart, saat 23:59.
Tədbirin vaxtı: 4 mart, saat 18:00.

Tel: 070 833 7363
#gr8club #gr8coaching #GR8training #gr8people #gr8

Xəritə