Batut Gimnastikası üzrə ilk Dünya Kuboku

Конкурс / Другой

Загрузка ..

O Mероприятии:

Batut Gimnastikası üzrə ilk Dünya Kuboku

Yeni Olimpiya dövrünün Batut Gimnastikası üzrə ilk Dünya Kuboku 18 və 19 fevral tarixlərində Milli Gimnastika Arenasında baş tutacaq.
15 ölkədən paytaxtımıza təşrif buyuracaq 85 nəfər batutçu və tamblinqçilər, iki yarış günü ərzində 2017-ci ildə qüvvəyə minən yeni qaydalar əsasında gərgin mübarizə apararaq öz qüvvələrini sınayacaqlar. Yarışların ilk günü təsnifat mərhələləri, ikinci günü isə final mərhələləri baş tutacaq.
Tamaşaçılar havada pərvazlanan ulduz batutçu və tamblinqçilərin təqdimatında maraqlı mübarizənin şahidi olmaqla yanaşı, əyləncəli müsabiqələr və fləşmoblarda da iştirak edə biləcəklər.
Məşhur kişi batutçular arasında Olimpiya Oyunlarının qızıl medalçısı Vladislav Qonçarov (Belarus), gümüş medalçısı Dmitri Uşakov (Rusiya), Dünya Çempionatlarının mükafatçıları Sebastyan Martini (Fransa), Andrey Yudin (Rusiya), Mixail Melnik (Rusiya), qadın batutçular arasında Tatyana Petrenya (Belarus) və Anna Kornetskaya (Rusiya) yer alacaq.


Turnirə biletləri Arenanın kassasından, Bazarstore mağazalar şəbəkəsinin Xətai və 28 mall filiallarından əldə edə bilərsiniz. Biletlərin qiyməti 4,6,8 və 10 manat təşkil edir.
Yarışlar haqqında daha ətraflı məlumatı federasiyanın internet səhifəsindən əldə edə bilərsiniz.
Yarışların başlama vaxtı: 12:00
Məkan: Milli Gimnastika Arenası
Telefon: (+994 12/51) 566-96-99
Ünvan: Bakı, H.Əliyev pr., 178
Keçid: “Koroğlu” metro stansiyası

Tеги O Mероприятиях: