WoWoman qadınların inkişafı üçün yaradılan, onların ən qeyri-adi, çılğın, qeyri-mümkün arzularını həyata keçirmək üçün yol göstərən, işarələr verən platformadır.
Dəb qadınların ən sevdiyi sahələrdən biridir. Sadəcə dəbli geyinmək yox həm də öz dəbini yaratmaq, cızma-qara etdiyin geyimləri düzgün çəkmək, ideyalarını reallaşdırmaq istəyirsənsə Wowoman-ın Passion for fashion layihəsi sənin üçündür.
Təlimin məqsədi xanımlara dəb eskizlərinin yaradılmasını və ilkin kolleksiya hazırlanmasını öyrətməkdir.
ƏGƏR SİZ DƏ:
• dəb sahəsinə marağınız varsa
• ideyalarınızı çəkməkdə çətinlik çəkirsinizsə
• bu sahə haqqında bilik və qabiliyyətlərinizi artırmaq istəyirsinizsə
• modelyer-dizayner olmaq istəyirsinizsə
• kolleksiyanızı yaratmaq istəyirsinizsə
BİZƏ QOŞULUN !
Başlanğıc tarixi: 24 yanvar, 2017
Kursun müddəti: 2 ay
Dərslər Çərşənbə axşamı və cümə axşamı günləri keçiriləcəkdir.
Dərs saatları: 1) 10-12:00 2) 12-14:00 3) 14-16:00 4) 17-19:00 5) 19-21:00
Sizə uyğun saata qoşula bilərsiniz.
Heç bir qabiliyyət tələb olunmur.
Təlim dili: Azərbaycan
DƏRSLƏR:
- Müxtəlif üsulda eskizlər
- Fərqli skilet və hərəkətləndirmə qaydası
- Modelin müxtəlif duruşu
- Müxtəlif üsullarla kölgə yaratmaq
- Üz detalları
- Eskiz üzərində geyim çizimi (Kölgə, işıq, qat, texnikalar)-2
- Geyimlər (Köynək, qol, yaxa, don, ətək, şalvar və s)-2
- Üst geyimləri
- Ayaqqabı, çanta, papaq
- Parça fakturaları
- Kolleksiya yaradılması
Təlimçi: Pərvin Bağırova
- Milan Fashion Campus və University of Fashion məzunu
- İtaliyanın “İstituto di Moda Burgo” universitetinin məzunu
- M Fashion School yaradıcı-təsisçisi
- Modamaniya online dəb jurnalı (www.modamaniya.com) təsisçi, baş redaktoru
NƏ ƏLDƏ EDƏCƏKSİNİZ?
•Özünə inam, ruh yüksəkliyi, təcrübə və müsbət enerji
• Eskizlərin çəkilmə texnikasını
• Kağız üzərində parçaları təsvir etməyi
• Kolleksiyanı hazırlamaq qaydasını
Programın sonunda iştirakçılar öz kolleksiyalarını eskiz halında hazırlayıb təqdim edəcək. Ən yaxşı tələbə M.Fashion schoolda iş təcrübəsi keçəcək.
DİQQƏT: Yerlər məhduddur.
Son qeydiyyat tarixi: 21 yanvar
İştirak üçün ödəniş:
10.01.2017 tarixinədək - 119 azn
15.01.2017 tarixinədək - 129 azn
21.01.2017 tarixinədək - 149 azn
Qeydiyyat üçün link:
https://docs.google.com/forms/d/14E8GOzg0t_xto8e_2uNWyXxvvgWFXKuMfvj6wLl1ZAE/viewform?edit_requested=true
Tələbələrə – 10 %, WoWoman üzvlərinə – 20 % endirim ediləcəkdir. Həmçinin, 3+1 aksiyası ilə 4 rəfiqə iştirak edib, yalnız 3 nəfərin ödənişini edə bilərsiniz
Ünvan: M.Fashion School , Af Mall 2-ci mərtəbə. Səməd Vurğun 34.
Əlavə məlumat almaq, ödəniş etmək və suallarınızı ünvanlamaq üçün Layihə Meneceri Fidan İlham ilə əlaqə saxlaya bilərsiniz: 0552710208.
Email: [email protected]