Yığışın, gəlin bizə!

Концерт / Парти

Загрузка ..

O Mероприятии:

Yığışın, gəlin bizə!

7 yanvar 2017-ci il tarixində Marketinq Azərbaycan qrupunun üzvləri üçün 2017-ci ilin gəlişi, həmrəylik günü və qrupun yaranmasının 5-ci ilinə qədəm qoyması münasibətilə xüsusi əyləncəli bir proqram hazırladıq. Görüşümüz əyləncə ağırlıqlı olsa da, mükafatlandırma mərasimləri, nitqlər, təqdimatlarla dolu olacaq. 11000 çox üzvü olan qrupun indiyədək keçirdiyi bütün tədbirlərdə çoxsaylı iştirak qeydə alınıb. Bu dəfə də maksimum 100 nəfər yerimiz var. Ona görə də daha tez tərpənənlər iştirak edə biləcək.

Tədbirimiz Lake Palace-da keçiriləcək. 19:00-23:00 aralığında baş tutacaq görüşümüzdə yemək menyumuz boldur :)

Qrupun bu tədbiri tamamilə sosial xarakter daşıyır, biznes məqsədli deyildir, tədbirin xərcləri dəstək olan şirkətlərin və üzvlərin köməyi ilə qarşılanacaq. Odur ki, hər hansı formada dəstək olmaq istəyən dost şirkətlər müraciət edə bilərlər. Qrupun tədbirində brand-wall-da dəstək olan bütün şirkətlərin loqoları yer alacaq, adları səsləndiriləcək. Eyni zamanda dəstək olmaq istəyən şirkətlər müxtəlif nominasiyalar və oyunlar üzrə qalib olmuş şəxslərə öz hədiyyələrini də təqdim edə bilərlər.

Tarix: 7 yanvar 2017
Tədbirdə iştirak haqqı - 20 azn

İştirak üçün yalnız bilet əldə etmək lazımdır. Biletlər 1 həftə ərzində bir neçə satış nöqtəsi yaradılaraq satılacaqdır. Tədbirdə ancaq və ancaq giriş biletlədir, bütün biletlər uduşda iştirak edəcək, odur ki, biletinizin yanınızda olması Sizə faydalıdır.

İLK 100 bilet satıldıqdan sonra bilet satışı və iştirak üçün qeydiyyat dayandırılacaqdır. Cəmi 100 nəfərlik yer imkanımız var.

Təşkilat komitəsi zamanla bütün əlavə məlumatları event daxilində yerləşdirəcəkdir.

Biletləri aşağıdaki ünvanlardan əldə edə bilərsiniz:
1. AF Mall: