Soyuq Əllər, İsti Ürək xeyriyyə yarmarkası

Выставка / Ярмарка

Загрузка ..

O Mероприятии:

Soyuq Əllər, İsti Ürək xeyriyyə yarmarkası

Dekabrın 1-dən 2017-ci ilin 15 yanvar tarixinədək Nargis Fund-un rəhbərliyi və Amapola Exclusive Events-in təşkilati dəstəyilə Fəvvarələr meydanında növbəti, dördüncü Soyuq Əllər, İsti Ürək xeyriyyə yarmarkası keçiriləcək.

Ənənəyə uyğun olaraq, yarmarkadan toplanan vəsait xeyriyyə işlərinə sərf olunacaq. Nargis Fund yarmarkanın sponsorları - Azərbaycan Beynəlxalq Bankı, Amapola Exclusive Events, Caspian Drilling Company, SEBA (Azərbaycan - Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası), Azərİşıq, Elevatione, Norm, Fresh Catering ilə birgə ehtiyacı olan uşaqlara yardım göstərəcəklər (müalicə, əməliyyat və s.). Yarmarkanın əsas qonaqları olan uşaq evlərinin kiçik sakinlərini məşhur insanlarla görüş, sevimli ifaçıların çıxışı, yarmarkanın sponsorlarından ənənəvi suvenirlər, şirniyyatlar və hədiyyələr gözləyir. 

Yarmarkanın sponsorları və iştirakçıları tərəfindən böyüklər və uşaqlar üçün təşkil olunacaq çoxsaylı əyləncə və sürprizlər Fəvvarələr meydanında möhtəşəm Yeni il bayramı ab-havası yaradacaq!

 Soyuq Əllər, İsti Ürək xeyriyyə yarmarkasında iştirak, informasiya dəstəyi və layihənin işıqlandırılması üçün media nümayəndələri, könüllülər, fotoqraflar, bloggerlər, musiqiçilər və rəqs qrupları dəvət olunur. 

1 dekabr – 15 yanvar – Fəvvarələr meydanı

 Soyuq Əllər, İsti Ürək xeyriyyə yarmarkası haqqında ətraflı məlumatı tədbirin rəsmi səhifələrindən əldə edə bilərsiniz:

Instagram: Soyuqelleristiurek