BiOTURiZM qış düşərgəsi

Путешествие / лагерь

Загрузка ..

O Mероприятии:

BiOTURiZM qış düşərgəsi

Dəyərli turizmçilər və təbiətsevərlər!

Azərbaycan Gənclər Fondunun dəstəyi və Təbiət Dostları Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə 24-27 Noyabr 2016 tarixlərində Gəncə şəhərində 30 nəfərlik qrupla 3 gecə 4 günlük “BioTurizm adlı layihə həyata keçirəcəkdir. Layihəyə qatılmaq istəyənlər e-ərizə formalarını dolduraraq bizə göndərə bilərlər.

***********************************************************
Layihənin əsas ideyası bölgələrdən turizm sahəsində maraqlı olan gəncləri seçərək onlar üçün davamlı turizmin digər turizm sahələrindən fərqini, növlərini və inkişaf yollarını interaktiv təcrübə proqramı keçirməkdir. Layihə çərçivəsində davamlı turizm, bioevlər kimi mövzular ətrafında təlim-təcrübə proqramı təşkil ediləcəkdir. Məqsəd ənənəvi turizm fəaliyyətlərinə davamlılıq anlayışını gətirmək onun iqtisadi səmərəliliyini və ekoloji məsuliyyətini gənclərə çatdırmaqdır
______________________________________

Layihə haqqında qısa məlumat və Ərizə formasını aşağıdakı linkdən əldə edə bilərsiniz:
>>> https://goo.gl/rtegj2

* Ərizə formalarının son qəbul tarixi: 16 noyabr 2016, saat: 23:59.
- Nəticələr 18 noyabr saat 23:59-a kimi seçilən iştirakçılara bildiriləcək.

** Nəqliyyat, qalmaq və yemək xərcləri ödəniləcəkdir.
- Detallı məlumatlar seçilmiş iştirakçılara bildiriləcək.
_____________________________
Layihə ilə bağlı hər hansı sual və fikirlərinizi aşağıdakı email ünvanlaya bilərsiniz.
Email: [email protected]

Hörmətlə,
Təbiət Dostları